Page 158 - jirmunski
P. 158
tor Jirmunski
vә yaşamış tarixi şәxsiyyәtlәrlә bağlı analoji nәğmәlәr yaratmaq
fikrinә düşür”.248
Vayan vә Banaşeviçin tәklif etdiyi xalq qәhrәmanlıq eposu-
nun genezisi mәsәlәlәrinin interpretasiyası ilә prinsipial olaraq
razılaşmaq çәtindir. Epos kabinetdә, yazı masası arxasında yox,
şifahi xalq nәğmә yaradıcılığının canlı әnәnәsindә yaradılır. Epos
xarici әdәbi nümunәlәrdәn yox, xalqın öz keçmişi ilә bağlı yad-
daşından qaynaqlanır. Ona görә dә burada kitab vә gәlmә ele-
mentlәrin olmasına baxmayaraq, heç vaxt bu elementlәrlә mәh-
dudlaşmır.
Prinsipcә biz ayrı-ayrı hallarda fransız-italyan eposunun cә-
nubi slavyan eposuna tәsirinin olmasını inkar etmirik, Dubrov-
nik әrazisindә vә Dalmat sahillәrindә mәdәni ünsiyyәt buna şә-
rait yarada bilәrdi. Sonradan biz görәcәyik ki, belә tәsirlәri öncә
qәhrәmanlıq yox, roman, novella süjetlәri sahәsindә axtarmaq
lazımdır. Doğrudan da, kifayәt qәdәr geniş yayılmış olsaydı, onda
burada “Bovo d’Antona”, “Narbonlular”, “İ Real idi Francia”
әsәrlәrini dә xatırlatmaq yerinә düşәrdi. Lakin bu tәsirlәr әn yax-
şı halda periferik, әlavә xarakterli idi vә cәnubi slavyan eposu-
nun keyfiyyәt özünәmәxsusluğu baxımından formalaşma prose-
sinә, fikrimizcә, mahiyyәtcә toxunmurdu.
12
German nәzәriyyәsini çox geniş miqyasda Xalanski, bir sıra
xüsusi hallarda isә çox ehtiyatla Mirko Simonoviç inkişaf etdi-
rirdilәr.249 Germanistika mәsәlәlәrinә dair Xalanskinin işlәri filo-
loji anlaşılmazlıqlarla vә sәhvlәrlә doludur; bu, müqayisәyә cәlb
olunan xarici әdәbiyyat üzrә mütәxәssis olmayan komparativist-
lәr üçün sәciyyәvi haldır. Bir neçә tәәccüb doğuran misallar gәti-
rәk.
1. Xalanskinin nәzәriyyәsinә görә, “Knyaz Vladimirin toyu”
bılinasındakı Dunay-elçi obrazı süjetdә öz rolu vә hәtta öz xa-
rakteri etibarilә Dunaydakı Bexelerandan olan markqraf Rüdige-
ri, “Nibelunqlar haqqında nәğmә”dә vә “Tidrek haqqında saqa”-
dakı elçi Attilanı әks edir. “Dunayın sakit obrazı, İvanoviçin oğ-
158