Page 154 - jirmunski
P. 154
tor Jirmunski
Kosovo nәğmәlәrinin әsasında da “Miloş haqqında roman”
tipli әsәr durur. Görünür, bu nәğmәlәr dә “Roland haqqında nәğ-
mә” kimi analoji tәsirә mәruz qalmışdır (bәlkә dә, bu, Banaşevi-
çin dediyi kimi, Aliskans altında döyüşü әks etdirәn analoji süjetli
digәr qәdim fransız nәğmәlәridir).233 “Lazar Böyük Karldır, Mi-
loş Rolanddır, Vuk Qanelondur” (xәyanәtkar).234
Banaşeviç kimi, Vayan da Yuqoviçlәri Narbonnlu Emerinin
yeddi oğlu ilә (onların hamısı böyükdәn-kiçiyә döyüşdә iştirak
etmәk istәyirlәr) müqayisә edir.235 Lakin tipoloji oxşar süjetlәr
daha әhatәli götürüldükdә bu müqayisә öz inandırıcılığını itirir:
onu tәhlükәdәn qorumaq istәyәn böyüklәrin mәslәhәtini qulaq-
ardına vurub döyüşә can atan gәnc pәhlәvanın qәhrәmanlığı mo-
tivi bütün xalqların qәhrәmanlıq eposunun әn geniş yayılmış
şablonlarındandır. Kalmık eposunda Canqarın gәnc oğlu vә onun
yaşıdları, özbәk eposunda Qoroğlunun nәvәlәri, qazax eposunda
Urakın oğulları döyüşә atılır, güclü bahadırların, atalarının yox-
luğunda çoxsaylı düşmәn ordusunu mәğlub edirlәr (bax: s.17).
“Kral Vukaşinin evlәnmәsi”ndә dә (Vuk, II, № 24) Vayan
“Bovo d’Antona”dan alınma motivin kömәyi ilә voyevoda Mom-
çilin ölümü haqqında tarixi faktın işlәndiyini müәyyәn edir (bax:
s.153).236
N.Banaşeviç cәnubi slavyan eposunun fransız-italyan mәn-
bәlәri haqda problemi xüsusi, geniş tәdqiqatlar predmetinә çe-
virmişdir. Vayan Onun Kosovo silsilәsi nәğmәlәri haqqında mә-
qalәsi (1926) ilә tanış idi.237 Burada, artıq qeyd etdiyimiz kimi, o,
Kosovo nәğmәlәrini Roland haqqında fransız eposu ilә yaxınlaş-
dırmaqla mәhdudlaşmır, mәnbә kimi Oranlı Gilyom silsilәsin-
dәn mәzmunca oxşar olan Aliskans (Aliscans vә ya Archamps)
döyüşü haqqında epik dastanı da tәdqiqata cәlb edir. Burada, bil-
diyimiz kimi, Gilyomun qardaşı oğlu gәnc Vivyen qәhrәmanca-
sına hәlak olur. Şübhәsiz ki, Aliskans döyüşü haqqında nәğmә
daha әvvәl yaranmış “Roland haqqında nәğmә”nin tәsiri altında
yazılmışdır vә bunlar әsas mövzu vә obrazlar baxımından üst-
üstә düşür: saysız-hesabsız sarasinlәrin kiçik fransız dәstәsini
darmadağan etmәsi, gәnc Vivyenin başçılığı ilә fәdakar vәtәn
154