Page 152 - jirmunski
P. 152
tor Jirmunski
lәnmәsi bu romanların mәzmunu ilә dәrin tanışlığı tәsdiq etmir.
Daha sonrakı dövrә (1549) aid, İreçek tәrәfindәn nәşr edilmiş225
başqa bir dәlil dә var: kitab alverçisi Antonio de Odolisin Vene-
siyadan aldığı çap olunmuş kitabları siyahısında (700 nüsxәyә
yaxın) “Bovo d’Antona”nın 18, “İ Real idi Francia”nın 3 nüsxә-
si vardır.
“Slavyan-roman qarşılaşdırılması”226 mәsәlәlәrinin sonrakı
işlәnmә sәviyyәsini biz M.Xalanskinin Marko Kraleviç haqqın-
da kitabında vә onun bir sıra xüsusi mәqalәlәrindә görürük.227
Xalanskinin işlәrindә böyük hәcmdә material toplanıb, ancaq
onlar izahına vә metoduna görә çox dolaşıqdır. Onun cәnub slav-
yan eposu ilә qәdim fransız, german, antik, rus vә s. eposları ilә
çoxsaylı müqayisәlәri müәllif tәrәfindәn hәrdәn genetik әlaqәlә-
rә işarә, hәrdәn yalnız paralellәr kimi qәbul edilir, bir çox hallar-
da isә inandırıcı deyil vә demәk olar ki, hәr dәfә, müәllifin
nöqteyi-nәzәrindәn asılı olmayaraq, tipoloji xarakterli oxşarlıq-
lara aid edilmәlidir.
Xalanski, xüsusәn dә yunak nәğmәlәrinin bir sıra süjetlәri-
nin Bova haqqında romanla yaxın olduğunu bәyan edir. Bu ro-
manın serb variantını rus versiyasının tәdqiqi әsasında Veselovski
bәrpa etmişdir. O, “Kral Vukaşinin evlәnmәsi”ni (Vuk, II, № 24)
Bova haqqındakı romanda arvadın xәyanәti analoji süjeti ilә (Do-
don – Qvidon – xәyanәtkar Meletrisa), düşmәn çarının, “arap” vә
ya “azov” kralının qızının zindandan azad etdiyi Mark haqqında
cәnubi slavyan nәğmәlәrini (Vuk, II, № 63 vә № 64) sarasin sul-
tanının qızı Malqariyanın Bovanı azad etmәsi haqqında rәvayәt-
lә, nәhayәt, “Marko Kraleviç vә Kosturlu Mina” (Vuk, II, № 61)
nәğmәsini Bovanın zәvvar paltarına bürünәrәk arvadı Drujnev-
nanın Markobrunla toy mәrasiminә qayıtması (“әrin qayıtması”
süjetindә tәğyir-libas olma şablon motivdir) ilә müqayisә edirdi.
O, hәm dә Markonun ölümü ilә Rolandın ölümü arasında oxşar-
lığın olduğunu müәyyәn etmişdi. Ancaq qeyd edәk ki, onlardan
birincisi yaşlı vaxtında Allahın hökmü ilә, ikincisi isә sarasinlәrә
qarşı döyüşdә ölmüşdü (bax: s.105).228 Bütün bu hallarda oxşar-
lıq heç bir spesifikliyә malik deyil vә müqayisә burada müәyyәn
152