Page 153 - jirmunski
P. 153
Xalq qəhrəmanlıq eposu

süjetlәr qrupunun tipoloji oxşarlığı çәrçivәsindә nәzәrdәn keçi-
rilmәlidir.

Lakin cәnubi slavyan eposunun italyan-fransız mәnşәli ol-
ması nәzәriyyәsinin banilәri bütövlükdә fransız slavisti Andre
Vayan vә yuqoslav romanisti N.Banaşeviç hesab olunmalıdır.

Professor Andre Vayan229 o dövrün hakim olan nәzәriyyәlәri-
nә müvafiq olaraq, cәnubi slavyan eposunun kübar (feodal) mәn-
şәli olduğunu iddia edir, bununla belә, onun formalaşmasında
yazılı (kitab) әdәbiyyatın mühüm rolunu vurğulayır. XVII әsrdә
feodal saraylarında inkişaf edәn vә “feodal tipi” ilә sıx bağlı olan
“buqarştitsa”, eposun metrik forması kimi, demokratik onhecalı
“milli vә ruhәn müasir janr” ilә әvәzlәndiyi halda, cәnubi slav-
yan eposunun demokratiklәşdirilmәsi onun tәrәfindәn sonrakı
hadisә kimi qәbul edilir.230

Vayanın nәzәriyyәsinә görә, Marko haqqında nәğmәlәrin
әsasında yazılı әdәbiyyat nümunәlәri dayanır: “Tәxminәn XV
әsrdә yazılmış Marko haqqında әfsanә bizim ifaçıların müraciәt
etdiyi әsas mәnbәdir”. Ehtimal edilir ki, bu kitab Skopl yaxınlı-
ğındakı Şumitsa monastırında (“Mark monastırı”) yazılmışdır.
Qәhrәmanlıq eposunun yaranmasında monastır mәrkәzlәrinin
rolunu şişirdәrәk Vayan hәmyerlisi Jozef Bedyenin nәzәriyyәsini
dәstәklәmiş olur. Sonuncu üçün qәdim fransız eposları kilsә vә
monastırlarda qulluqda olan jonqlyorlar tәrәfindәn yaradılmış
“epik әfsanәlәr”dir.231 “Mark haqqında roman” fransız-italyan
cәngavәrlik әdәbiyyatının tәsiri altında yaranmışdır. Burada “cәn-
gavәrlik әdәbiyyatının ab-havası” hökm sürür, o “italyan Bovo
d’Antona vә ya alman Heldenbuch kimi sonrakı kompilyasiyalar
tәrәfindәn tәlqin edilmiş beynәlmilәl mövzuları azad şәkildә is-
tismar edir”. Onlardan Narbonnlu Emeriyә ya Reno de Monto-
banı xatırladan itaәtsiz, qaba vassal tipi әxz edilmişdir (bu itaәt-
siz vassalların imperator Karla olan münasibәti, belәliklә, Mar-
kın türk sultanına olan münasibәti ilә bәrabәr tutulur!); O,Oranlı
Gilyom vә ya Danimarkalı Ojye kimi әdalәtsizliklә zindana atıl-
mışdır, oradan onu digәrlәrinin iqtidarında olmadığı şücaәt nәti-
cәsindә azad edirlәr.232

153
   148   149   150   151   152   153   154   155   156   157   158