Page 159 - jirmunski
P. 159
Xalq qəhrəmanlıq eposu

lu, Dunay yaxınlığındakı Rodinqeyrdәn olan des milden Rüdiger
tipinә bәnzәyir”.250 Әslindә, “milde” sözü (müasir alman dilindә
“mülayim”, “sakit” mәnalarında işlәnir) orta-yuxarı alman dilin-
dә “sәxavәtli”, “xeyirxah” mәnasını verirdi; eposda feodal sen-
yoruna xas olan “der milde Rüdiger” epiteti olaraq “sakit” yox,
“sәxavәtli” (xeyirxah) mәnasında işlәnmişdir.

2. Xalanski iddia edir ki, eposda әslindә adi tipli metonimiya
olan (“Al qovori sablğa kraliç Marko”) “sabla” – “sablya”
sözünün “cәngavәr” mәnasında işlәnmәsi, qәdim alman dilindәn
kalkadır. “Degen” sözü qәdim almancada guya hәm “cәngavәr”,
hәm dә “sablya” mәnasında işlәdilirmiş.251 Müq. et: “Nibelunq-
lar haqqında nәğmә”dә: “sprach Gunter der degen” (“dedi Qun-
ter, cәngavәr”). Әslindә “degen” – “cәngavәr”, “bahadır” qәdim
german vә hind-Avropa sözüdür (müq. et: ingilis-şotland “thane” –
“tan” feodal titulu, yunanca “teknon”); XII–XIII әsrlәr xalq qәh-
rәmanlıq eposunda bu söz çox geniş yayılmışdı, amma sonradan
qәhrәmanlıq üslubunun qәdim poeziyası ilә birlikdә istifadәdәn
çıxdı. Әksinә, orta әsr әdәbiyyatında mәlum olmayan “degen” –
“xәncәr” sözü romanlardan alınmadır vә yalnız XV–XVI әsrlәr-
dә meydana çıxmışdır (müq. et: fransız “dague” – “tiyә” sözü)
vә ona görә dә bu sözün ikinci mәnası ola bilmәzdi.

3. “Duşanın evlәnmәsi”ndә (Vuk, II, 28)252 Lecan-qrad (Buz
şәhәr, öncә Buz torpaq) – İslandiya sözü slavistlәrin rәğbәtini
qazanmadı vә hazırda unudulmuş hesab oluna bilәr.253 Lakin
Qunter vә Ziqfridin İslandiya (İsland) şahzadәsi Brünhildaya el-
çiliyi ilә çar Duşanın Lecan şәhәrindә latın kralının qızına elçili-
yi arasındakı genetik oxşarlığını isbat etmәli olan bu eynilәşdir-
mәnin ikinci hissәsi dә müasir germanistika tәrәfindәn rәdd edi-
lir. “Nibelunqlar”da İsenstein, sonra isә İsland sözü İslandiya
yox (“buzlar ölkәsi”), rus nağılında olduğu kimi (bax: s.120), ba-
hadır elçiliynә maneә olan, dәmir çәpәrlә әhatә olunmuş sehrli
“dәmir qala” (Eisenfels, Eisenschloss) demәkdir.254

4. İlya Murometsi alman eposundakı Tetleyflә (adın skandi-
nav forması) – Ditleyblә (alman forması) eynilәşdirәn Xalanski
knyaz Vladimirin drujinasına götürülmüş kәndli İlya Muromets

159
   154   155   156   157   158   159   160   161   162   163   164