Page 162 - jirmunski
P. 162
tor Jirmunski

dә olunduğu belә öncәdәn xәbәr verәn yuxulara cәnubi slavyan
nәğmәlәrindә dәfәlәrlә rast gәlinir. Әlavә edәk ki, belә yuxular
yuxugörmәlәri mәnalandıran bütün xalqlarda epik şablondur;

b) Qunterә sәdaqәtlә qulluq edәn Ziqfrid onun bacısı Krim-
hildanın sevgisini qazanır (müq. et: Vuk, II, № 95, “Jenidba Yak-
şiça Mitra” vә b.).263 Adaxlının öz nişanlısının atasına xidmәt et-
mәsi motivinә bir çox xalqların elçilik haqqında dastanlarında
rast gәlinir vә öz qәdim formasına görә nikah variantına gedib
çıxır (müq. et: İakov vә Lavanın qızları haqqında Bibliya rәvayә-
ti);

c) Qunterin Brünhildә elçiliyi (elçi-Ziqfrid) vә “Duşanın evlәn-
mәsi” tipli cәnubi slavyan elçilik nәğmәlәri (Vuk, II, № 28 vә b.).
Artıq dediyimiz kimi, burada da biz elçilik haqqında dastanların
bahadırlıq nağıllarının analoji motivlәrinә dayanan әn qәdim ti-
pini görürük (bax: s.113).

d) Ziqfridin öldürülmәsi vә Qunterlә onun qohumlarının
ölüm hadisәlәrinin düyünlәnmәsi kimi Brünhilda ilә Krimhilda-
nın öz әrlәri Qunter vә Ziqfridin üstünlüklәri haqqında mübahi-
sәsi vә sonradan onların әrlәrinin toqquşması. Buna bәnzәr şә-
kildә Miloş vә Vuka Brankoviçin arvadlarının Vukanın Kosovo
döyüşündә xәyanәti ilә nәticәlәnәn mübahisәsi.264 Ailә münaqi-
şәsi vә ya feodal çәkişmәlәrinin sәbәbi kimi arvadların arasında-
kı mübahisә orta әsr salnamәlәrindә bir çox tarixi misallarla tәs-
diqlәnәn mәişәt hadisәsidir (mәsәlәn, dәfәlәrlә Ziqfridin faciәsi
ilә yaxınlaşdırılan hadisәlәrdәn biri – kraliça Fredequnda vә
Brünhilda arasında Turlu Qriqori merovinq salnamәsindә yer al-
mış mübahisә). Qәhrәmanlıq eposunda bu, tipik “feodal süjeti”-
dir. Bu ailә münaqişәsinin süjet funksiyasının bütün oxşarlıqları-
na baxmayaraq, o, german vә cәnubi slavyan dastanlarında ta-
mamilә başqa konkret mәzmuna malikdir: “Nibelunqlar”da elçi-
lik zamanı yalan ifşa olunur, bunun ardınca isә aldanmışın qisası
başlayır, serb nәğmәsindә isә sosial qarşıdurmalar vurğulanır –
xalq qәhrәmanının sadәliyi, xeyirxahlığı vә tәvazökarlığı feodal
kübarlarının, “nәhәnglәri”nin eqoizmi vә tәkәbbürlülüyü ilә qar-
şılaşdırılır (bax: s.92);

162
   157   158   159   160   161   162   163   164   165   166   167