Page 166 - jirmunski
P. 166
tor Jirmunski

dir (bax: s.38). Yeri gәlmişkәn, Vsevolod Miller әsaslı olaraq
qeyd edir ki, İlyanın sobanın üstündә uzanması vә onu zәvvarla-
rın sağaltması haqqında hekayәt İlyanın bioqrafiyasına, çox ehti-
mal ki, XVIII әsrdә әlavә olunub vә onun әsasını xalq nağılında
geniş yayılmış motiv tәşkil edir.275 Elә bircә buna görә onun
mәnbәyini XIII әsr alman poemasında axtarmaq düzgün olmaz.
Digәr tәrәfdәn, “zoluşka” kimi, Tetleyf dә (“pepelov”, skandi-
navlarda “Askeladden” – “Aschenpuster”) skandinav folklorun-
da elә hәmin “inam doğurmayan” nağıl qәhrәmanının variantıdır –
o, yaraşıqsız, çirkin, “sәfeh” (rus nağılındakı kimi), “yaramaz
keçәl” (Şәrq nağılındakı kimi) tәsiri bağışlayır, lakin o, özünün
yöndәmsiz atı kimi (cılız, qozbel ayğır, dayça) bu qüsurlar mas-
kası altında insanlar üçün gözlәnilmәz sehrli keyfiyyәtlәr gizlә-
dir. Zahiri görünüşlә, bәzәn hәm dә sehrli nağıl qәhrәmanının
sosial durumu ilә (kiçik oğul, kәndli oğlu, ümumiyyәtlә, “mәz-
lum”) onun gizli yüksәk keyfiyyәtlәri arasındakı tәzad xalq nağı-
lının sadә demokratizminә uyğundur.276 Bu motivlәr İlya haqqın-
da bılinaya vә Tetleyf haqqında dastana, eyni süjet funksiyasında
çıxış etmәlәrinә baxmayaraq, bir-birindәn asılı olmadan nağıl-
dan keçiblәr.

Maraqlıdır ki, İlya Muromets haqqında bılinanın vә Tetleyf
haqqında әfsanәdә hadisәlәrin düyünlәnmәsindәki oxşarlıq al-
man tәdqiqatçılarının da diqqәtini cәlb etmişdir vә burada әks
nәzәriyyә – İlya haqqında rus eposu elementlәrinin şimali alman
dastanına keçmәsi nәzәriyyәsini yaratmışdır. Valdemar Qaupt bu
mövqedә durur. O, Bernli Ditrix haqqında dastanların şimali al-
man mәnbәlәrinә hәsr etdiyi xüsusi tәdqiqatında277 Tetleyflә İl-
yanın epik bioqrafiyaları arasındakı oxşarlığa dair aşağıdakı mә-
qamları müәyyәn edir:

1) İlya sobanın üstündә uzandığı kimi, Tetleyf dә külün için-
dә uzanır.

2) Şәfa tapmış Tetleyf vә İlya bahadır sәfәrinә çıxırlar: vali-
deynlәrinin xeyir-duasını alıb biri Bernә – Tidrekin yanına, digә-
ri Kiyevә – knyaz Vladimirin yanına yollanır.

3) Tidrekin qulluğa qәbul etdiyi Tetleyf kralla münaqişәyә
girir vә Tidrek öz yaxın bahadırları ilә mәclis qurduğu bir vaxtda

166
   161   162   163   164   165   166   167   168   169   170   171