Page 170 - jirmunski
P. 170
tor Jirmunski
Özbәkistanda çox mәşhur olan xalq qәhrәmanı Qoroğlu (Koroğ-
lu) haqqında epik dastanların285 müstәqil tacik versiyalarının ya-
ranmasını mümkün etmişdir.
Romandilli xalqlar arasında qarşılıqlı epik әlaqәlәr, qәdim
fransız karolinq eposunun Fransadan İtaliyaya vә İspaniyaya
keçmәsi daha sonrakı vaxtda baş verirdi (XII–XIII әsrlәr) vә bu,
xalqların sıx mәdәni ünsiyyәti vә onların dillәrinin böyük yaxın-
lığı ilә bağlı idi. Qәdim fransız eposu mövzularında bir neçә is-
pan xalq “romansları” saxlanmışdır.286 Ancaq qeyd etmәk lazım-
dır ki, ispan rekonkistasının iştirakçılarını, çoxsaylı fransız cәn-
gavәrini müşayiәt edәn jonqlyorların yaydığı gәlmә fransız epo-
su tezliklә müstәqil inkişaf edәn ispan milli eposu tәrәfindәn sı-
xışdırılır (“Sid haqqında nәğmә” vә s.). Yeri gәlmişkәn, bu epo-
sun fransız epik nәğmәlәrinin tәqlidindәn yarandığını iddia edәn
nәzәriyyә (bir vaxtlar Qaston Parisin müdafiә etdiyi nәzәriyyә)
hazırda unudulmuş hesab oluna bilәr.287 İtaliyada qәdim fransız
eposları mövzusundakı fransız-italyan eposu әvvәllәr Şimali İta-
liya şәhәrlәrindә fransız sәrsәri jonqlyorlar tәrәfindәn, sonra isә
(XIII әsrdәn etibarәn) italyan xalq ifaçıları (cantastorii) tәrәfin-
dәn qarışıq fransız-italyan әdәbi dialektindә, daha sonralar isә,
xüsusilә “I Real idi Francia” tipli böyük prozaik kompilyasiya-
larda ifa olunaraq, getdikcә qәhrәmanlıq eposundan macәra-fan-
tastik cәngavәrlik romanına çevrildi vә bununla da “Roland haq-
qında nәğmә” vә ya “Villam haqqında nәğmә” tipli qәdim fran-
sız eposu üçün çox mühüm olan ilkin tarixi-qәhrәmanlıq vә milli
xarakterini itirdi. Mәhz bu şәrait dastanın süjetlәrinin yeni vari-
antlarında, orta әsr cәngavәrlik mәdәniyyәtinin kosmopolitizmi-
nә müvafiq olaraq beynәlmilәl xarakter almasına imkan yaratdı:
onlar bütövlükdә ideal cәngavәrliyin mücәrrәd sferasına köçürülmüş
vә bununla da milli-tarixi koloritdәn mәhrum olmuş klassik “Ar-
tur” romanları kimi, dәfәlәrlә bir çox Avropa dillәrinә tәrcümә
olundu. Ancaq orta әsr cәngavәrlik romanına xas olan beynәlmi-
lәl xüsusiyyәtlәr, Veselovskinin dediyi kimi, xalq eposunun bey-
nәlxalq xarakterindәn fәrqli olaraq, keyfiyyәtcә tamamilә başqa
hadisәdir. Әgәr bu baxımdan Vayan vә Banaşeviçin qoyduğu
170