Page 173 - jirmunski
P. 173
Xalq qəhrəmanlıq eposu

lalәt etmir. Әksinә, burada söhbәt yerli rәvayәtdәn gedir – bura-
da deyilir ki, “Roland adlı fransız senyoru (un segnor Francese
Rolando) burada – Raquzada 10 000 sarasin üzәrindә qәlәbә çal-
dı vә onlardan birini, sarasin dәniz qulduru Sruzenteni әsir
götürdü”.293

Xalqlar arasında epik “qarşılığın” olmaması hallarında yad-
elli bahadır yalnız adı ilә tanına bilәrdi vә ya onun şan-şöhrәtinin
şәrәfinә öz vәtәnindә epik dastanlar qoşula bilәrdi. Belә ki,
müәyyәn tarixi şәraitә görә, Tyan-Şan dağlarında yaşayan qır-
ğızlar onları әhatә edәn köçәri qazaxlardan müәyyәn mәnada
mәdәni baxımdan tәcrid olunmuşdular. Ona görә dә qırğız vә qa-
zax dillәrinin bir-birinә çox yaxın olmasına baxmayaraq, “Ma-
nas” qırğız milli eposu vә sonrakı dövrün (XVI–XVIII әsrlәr)
әksәr qırğız kiçik eposları qazaxlara mәlum deyildi. Digәr tәrәf-
dәn, elәcә dә İdige vә onun törәmәlәri, keçmişdә Qızıl Ordanın,
Noqay vә Qazax Ordasının tәrkibinә daxil olan vә әksәr türk
köçәri xalqlarını birlәşdirәn Noqay ordasının “murzaları” haq-
qında qazax-noqay silsilәsindәn olan epik nәğmәlәr qırğızlara
tanış deyildi. Buna baxmayaraq, bahadır Manasa öz atı Ağ-Kula
ilә birgә “Әr-Kökşü” qazax epik poemasının personajı qismindә
çıxış edir. Düzdür, süjet etibarilә bu әsәr “Manas” qırğız epope-
yasının mәzmunu ilә uyğun gәlmir.294

Eyni zamanda “Manas”da bu qәhrәmanın drujinaçıları sıra-
sında ötәri olaraq qazax-noqay silsilәsindәn olan bir neçә baha-
dırın da adı çәkilir: mәsәlәn, Keneges (Ken-Canbay) soyundan
olan Canbay, qaranoqay Camqırçı vә Әqiş. Yeri gәlmişkәn, axı-
rıncı ikisi – Yamqurçi vә onun oğlu Әqişi Noqay ordasının mir-
zәlәri, real tarixi personajlar olmuşlar.

Bu mülahizәlәr, fikrimizcә, uzun sürәn mübahisәlәrin pred-
meti olmuş rus bahadırı İlya Murometsin adının XII әsr alman
eposuna keçmәsi haqqında mübahisәyә açar verir.

Mәlumdur ki, orta-yuxarı alman poeması “Ortnid”dә (XIII
әsrin birinci yarısı) personajları sırasında yaşlı bahadır, “rusların
kralı”, ana tәrәfdәn kral Ortnidin әmisi, ona “әn әziz” insan olan
İlyanın adı çәkilir (İljas Künig von den Riuzen, İljas von Riu-

173
   168   169   170   171   172   173   174   175   176   177   178