Page 171 - jirmunski
P. 171
Xalq qəhrəmanlıq eposu

problemә qayıtsaq, mövzu etibarilә tarixi vә qayә baxımından
milli olan xalq eposunun mәnşәcә yadelli qәhrәmanlıq romanın-
dan yaranması fikriylә razılaşmaq çәtindir.

Cәnubi slavyan eposu da “beynәlxalq” sәciyyәlidir, ancaq o
mәnada ki, onun yaranmasında mәnşәcә dil vә mәdәniyyәt baxı-
mından yaxın olan Serbiya, Çernoqoriya vә Dalmatsiya, Bosniya
vә Herseqovina, Makedoniya vә Bolqarıstan xalqları iştirak et-
mişdir. Hazırda bu xalqlardan hәr birinin epik yaradıcılığın ümu-
mi xәzinәsinә verdiyi töhfәlәri qiymәtlәndirmәk çox çәtindir.
Müәyyәn qәhrәmanın tarixi prototipinin mәnşәcә Cәnubi slav-
yan coğrafiyasının hansı әrazisindәn olması da hәlledici әhәmiy-
yәt kәsb etmir. Bu mövzu ilә bağlı mübahisәlәr, adәtәn, daha
sonrakı dövrün meyarlarını “epik” zamanlara aparır. XVII әsrin
ikinci yarısından etibarәn (cәnubi slavyan eposu bu dövrlәrdә
yaranmağa başlayır) cәnubi slavyan xalqlarını birlәşdirәn әn
mühüm ictimai-tarixi faktor – türk әsarәti vә әsrlәrlә sürәn bu
әsarәtә qarşı birgә mübarizә idi. Bu faktor xalq qәhrәmanlıq epo-
sunun yaranmasında әksәr cәnubi slavyan xalqlarının iştirakını
şәrtlәndirirdi.

Biz slavyandilli әyalәtlәrin hüdüdlarından kәnarda balkan
xalqları arasında hәr hansı әhәmiyyәtli epik әlaqәlәrin olduğunu
aşkar etmirik: daha sonrakı zamanlarda folklor sahәsindәki bu
әlaqәlәr qәhrәmanlıq mәzmunlu nәğmәlәrdә yox, novella (salna-
mә) mәzmunlu nәğmәlәrdә daha intensiv şәkildә üzә çıxır (bax:
s.179 vә daha s.). Biz Mark Kraleviç silsilәsinin288 yaranmasına
mәnşәcә daha qәdim Digenis Akrit haqqında yeni yunan nәğmә-
lәrinin tәsirinin olması vә ya burada, yunan kleftlәri ilә serb hay-
dukları arasında olduğu kimi, oxşar ictimai şәraitdәn doğan tipo-
loji xarakterli oxşarlıqların olması haqqında mühakimә yürütmә-
yә çәtinlik çәkirik.

Albaniya ilә bağlı mәsәlә bir qәdәr fәrqlәnir. Mәnşәcә bir sı-
ra cәnubi slavyan nәğmәlәri buraya ikidilli ifaçılar vasitәsilә
serb müsәlmanlarından keçmişdir: “Skadranın qurulması” (Vuk,
İİ, № 26), sultan Muradın Miloş tәrәfindәn Kosovoda öldürülmә-
si haqqında vә xüsusilә Muyo vә Xәlil silsilәsindәn nәğmәlәr

171
   166   167   168   169   170   171   172   173   174   175   176