Page 177 - jirmunski
P. 177
Xalq qəhrəmanlıq eposu

14
Qәdim fransız eposuna dair yuxarıda qeyd etdiyimiz misal
göstәrir ki, tarixi inkişafının müxtәlif mәrhәlәlәrindә epos bey-
nәlxalq tәsirlәr üçün müxtәlif dәrәcәdә “açıq” olur (biz burada
sovet dilçiliyindә qarışdırılma problemi ilә bağlı olan geniş ya-
yılmış termindәn istifadә edirik). Artıq dediyimiz kimi, inkişaf
etmiş feodal cәmiyyәti dövrünә xas olan qәhrәmanlıq eposu, da-
ha sonrakı roman tipli eposdan (cәngavәrlik vә ya xalq romanı)
fәrqli olaraq, bu tәsirlәrә az mәruz qalır. Adәtәn, öz süjetlәrinә
görә beynәlxalq sәciyyә daşıyan cәngavәrlik romanı әn müxtәlif
mәnşәli әdәbi materiallardan hәvәslә istifadә edir. Bu baxımdan
onun folklora münasibәti xarakterikdir: mәsәlәn, fransız Artur
romanları (Yaxın vә Orta Şәrqdә ona oxşar “xalq romanları” ki-
mi) qәhrәmanın uzaq ölkәlәrdә fantastik macәraları haqqında rә-
vayәtlәrindә, nağıl vә digәr folklor mәnbәlәrindә çox geniş isti-
fadә edilir (qәhrәman sehrli gözәlin dalınca uzaq ölkәlәrә sәfәrә
çıxır, odsaçan әjdahalarla, qorxulu nәhәnglәrlә, hiylәgәr cırtdan-
larla vә zalım sehrbazlarla mübarizә aparır, tilsimlәnmiş qalalar-
da gecәlәyir vә s.). Nağıl fantastikasının belә sәrbәst vә geniş
әdәbi istifadәsi, qәhrәmanlıq üslubunda olan klassik әsәrlәrdә
prinsipial cәhәtdәn heç dә dominant olmayan qәhrәmanlıq epo-
sunun әnәnәvi qәdim nağıl elementlәrindәn fәrqlәnir (“Nibe-
lunqlar haqqında nәğmә”, “Roland haqqında nәğmә”, Kosovo
silsilәsindәn yunak nәğmәlәri vә s.). Әlbәttә, keçid xarakterli
hallar da mövcuddur vә qәdim fransız eposu bu baxımdan aydın
şәkildә qәhrәmanlıq eposunun Artur romanı ilә yaxınlaşan ma-
cәra tipli cәngavәrlik romanına tәdricәn keçidini nümayiş edir.
Hәtta “Bueves d’Hanstone” (“Şahzadә Bova”) özünün fransız vә
italyan variantlarında nәinki nәsr, hәm dә mәnzum formada mәhz
bu tip cәngavәrlik romanına aiddir.
Cәngavәrlik romanı ilә yanaşı, Qәrbdә qәhrәmanlıq eposunu
XIII–XIV әsrlәrdәn başlayaraq daha kütlәvi xarakter daşıyan,
daha geniş vә qeyri-professional (xalq) ifada mövcud olan (onun
mübahisәli genezisi mәsәlәsindәn asılı olmayaraq)300 xalq balla-

177
   172   173   174   175   176   177   178   179   180   181   182