Page 182 - jirmunski
P. 182
tor Jirmunski

Süjet baxımından oxşar olan yeni yunan (Machal, s.85) vә
Ukrayna (P.P.Çubinski, “Trudı gtnoqrafiçesko-statistiçesokoy ek-
spedisii.” V cild, SPb., 1874, s.201; V.Antonoviç i Draqomanov.
İstoriçeskiye pesni… I cild. Kiyev, 1874. s.275–285) nәğmәlәri
dә vardır. Rus bahadırı Mixail Kazarinov öz bacısını tatar әsirli-
yindәn azad edir (Kirşa Danilov, № 22 vә s.); 319 bu süjet Alyoşa
Popoviçә dә uyğunlaşdırılmışdır (Kireyevski, II, s.80–82). Bıli-
nada yüngüllәşdirilmiş formada insestin qabağınıalma motivi dә
vardır. Müq. et: sütun 66–68:

Çox sağ ol, әzizim, xeyirxah at!
Mәn özümә kәmәr aldım,
Kәmәr aldım, gәlinlik!

vә s. 84–86:

Mәn özümә kәmәr almaq istәdim,
Kәmәr, gәlinlik kәmәr,
Amma doğma bacımı qurtardım.

Qәrbi Avropa folklorunda geniş yayılmış “Tapılmış bacı”
balladası da mövzuya yaxındır. Alman versiyasından başqa
(“Züdel”), danimarka, isveç, island (almanlardan XVI әsrdә ay-
rılmış), bir sıra roman (fransız, italyan) vә Qәrbi Avropa versiya-
ları da mәlumdur.320 Kralın qızı uşaqlıqda oğurlanır vә sadә qadı-
nın yanında böyüyür. Qadın onunla kobud rәftar edir vә onu ağır
işlәr görmәyә vadar edir. Kralın oğlu, onun qardaşı, gecәlәmәk
üçün bu evdә qalır. Qadın onu әylәndirmәk üçün öz qulluqçusu-
nu onun yanına göndәrir. Qız bundan imtina edir. Qızla söhbәt-
dәn kral oğlu onun soyunu öyrәnir vә onu öz ata-anasının evinә
aparır.

Mövzuda ümumi oxşarlığın olması alman balladası ilә cәnu-
bi slavyan nәğmәlәri arasında genetik yaxınlığın olmasına әsas
vermir.

8. Serb vә bolqar variantlarında321 mәlum olan “Kraleviç
Markın girovu” nәğmәsinin әsasını beynәlxalq novella süjeti tәş-

182
   177   178   179   180   181   182   183   184   185   186   187