Page 187 - jirmunski
P. 187
Xalq qəhrəmanlıq eposu

müstәqil olmadığını, ümumavropa süjetindәn törәdiyini fikirlәş-
mәyә vadar edir. Tәdqiqatçılar iki әsas tipin olduğunu qeyd edir-
lәr: birincidә hadisәlәrin mәrkәzindә ana durur – onun qarğışları,
göz yaşları vә şikayәtlәri ölmüş oğluna rahatlıq vermir (o, israrla
öz bacısını qәrib ölkәyә әrә vermәk istәyirmiş) vә o, qәbri tәrk
edir; ikincidә mәrkәzi fiqur bacıdır, onun yalvarışları ilә Allah
qardaşını dirildir ki, o, bacısını anasının yanına aparsın. Maxa-
lın344 qeyd etdiyi kimi, birinci tip Yunanıstan vә Albaniyada,
ikinci isә Serbiyada tәmsil olunmuşdur; Bolqarıstan aralıq mövqe
tutur. Şişmanov Bolqarıstan vә Makedoniya ilә bağlı dәqiqlәşdi-
rilmiş mәlumatlar verir. Biz bunları detalları ilә şәrh etmәyәcә-
yik, ancaq qeyd edәk ki: Şәrq (o cümlәdәn Balkanlardan şimalda
yerlәşәn Bolqarıstan, Sofiya düzәnliyi ilә Frakiya vә cәnub-şәrqi
Makedoniya) birinci tipә aiddir, Qәrbdә isә ikinci tip üstünlük
tәşkil edir.345

Şişmanov mәlumatların azlığından şikayәt edir (1894!): ona
60 bolqar vә 41 yeni yunan variantına qarşı yalnız 2 serb variantı
mәlumdur (yunanların mәskunlaşdıgı bütün әrazilәrdәn, o cümlә-
dәn Kiçik Asiyadan).346 Tәdqiqat qeyri-bәrabәr aparıldığından,
bütün tәdqiqatçıları maraqlandıran bu suala cavab vermәk çәtin-
dir: süjetin bu forması üçün hansı milli versiya ilkindir – serb
(Sozonoviç, Volner, Psixaris), yoxsa yunan (Şişmanov, Politis,
Destunis)?347 Şişmanov anket tipli sorğu aparmağı mәslәhәt
görür. O, Balkan xalqlarında bu dastanın әsas tiplәrinin yayılma
xәritәsini tәrtib edib dastanın yayılma yolları vә mәnşәyi mәsә-
lәsini mәlum dәqiqliklә hәll etmәyә imkan verdiyi üçün daha
münasibdir.

2. Skadranın (vә ya Drinanın, yunanlarda isә Artu üzәrindәn
keçәn körpünün inşası vә s.) tikilmәsi haqqında nәğmә dә balkan
süjetlәrinә aiddir. Diterix348 bu süjetin 2 versiyasından bәhs edir:
birincidә körpü tikilәrkәn ustanın arvadını aldadırlar ki, qızıl
üzük dirәklәrin arasına düşüb vә qadın işçilәri lәnәtlәyir (yunan
“Artu körpüsü” tipi);349 ikincidә şәhәr vә ya qala tikilir, qadın
könüllü olaraq özünü qurban vermәyә razılaşır vә xahiş edir ki,
divarda uşağını әmizdirmәkçün yer qoysunlar (serb “Zidanje

187
   182   183   184   185   186   187   188   189   190   191   192