Page 183 - jirmunski
P. 183
Xalq qəhrəmanlıq eposu

kil edir. Markdan savayı, Yankoviç Stoyan da qadın sadiqliyi
haqqında bu povestin qәhrәmanı rolunda çıxış edir. A.N.Vese-
lovski bu süjetin mәnşәyinin orta әsrlәr novellasında olduğunu
qeyd edir: burada qәhrәmanın rәqibi kömәkçi qadının vasitәsilә
onun arvadı (vә ya bacısı ilә) ilә yaxınlığı haqqında saxta maddi
sübutlar әldә edir (Bokkaço, “Dekameron”, II, 9).322 Rus nağılla-
rında (Afanasyev, III, № 313–314) qәhrәmanın rәqibi qismindә
“yalançı adamoynadan” bahadır Alyoşa Popoviç çıxış edir; bu
nağıllar, Rıbnikov tәrәfindәn qeydә alınmış Talesiz Qoçaq Zadә-
gan haqqında әhvalat (II, s. 656–665) kimi, görünür, qәhrәmanı
Bәdbәxt Danilo olmuş, itirilmiş bılinanın nәsr formasında işlәn-
miş variantıdır.

Ola bilsin ki, müәyyәn real әsasları olan Alyoşa vә onun ba-
cısı haqqında bılina da (Kireyevski, II. S.64, 66, 67 vә s.),323 Ve-
selovskinin fikirlәşdiyi kimi, elә hәmin mövzunun sonradan iş-
lәnmiş variantıdır. Doğrudan da, Qriqoryevin Veselovskiyә tanış
olmayan Arxangelsk bılinasında (I, 2, № 36) Danilo Vasilyeviç
(nağılda vә qәziyyәdә olduğutәk) qәhrәman rolunda çıxış edir,
ancaq “Petroviçlәr bacıları” dastanında olduğu kimi, hadisәlәr
faciәvi sonluqla bitir (günahkar bacının öldürülmәsi).

Әsasında beynәlxalq nağıl süjetlәri olan nәğmәlәr:
9. Әjdaha-adaxlı (Vuk, II. № 11–12, “Zmija mladojenğa” vә
b.;324 Aarnenin kataloqu, № 433). Serb kralı Milyutinә (1275–
1321), ban Mixailә, Lötis Boqdana vә b. uyğunlaşdırılmış şәkil-
dә. Vuk Karaciçli 11 №-li qeyddә bu mövzuda yazılmış serb na-
ğılını göstәrir.
10. Qardaşlar vә bacı (Vuk, II, № 8, “Dva subora naperedo
rosla…”; Petranoviç, II, № 7 – Yakşiçlәr, Pyotr vә Stepan vә b.)
haqqında 325 “Әlsiz” (vә ya “Әliәyri”) nağılının birinci hissәsinә
uyğundur (Aarnenin kataloqu, № 706): paxıl gәlin qardaşlarının
yanında onların bacısına şәr atır; qardaşlar bacını öldürür vә ya
әlini dirsәkdәn kәsirlәr; sonuncu halda bunun sözügedәn serb
nağıllarında olmayan, ancaq digәr cәnubi slavyan versiyalarında
saxlanmış hekayәtin uzun davamı gәlir, burada qәhrәman qızı
gәlin yox, zalım analıq incidir (müq.et: Petranoviç, I, № 14 – çar
Stefan vә onun vәziri Lazar haqqında hekayәt vә s.). Beynәlxalq

183
   178   179   180   181   182   183   184   185   186   187   188