Page 184 - jirmunski
P. 184
tor Jirmunski
nağıl folklorunda insestlә bağlı bu nağılın başqa tipinә dә rast
gәlinir. Görünür, daha qәdim olan bu nağıl süjeti hәmin formada
Qәrbi Avropa әdәbiyyatında artıq XIII әsrdә qeydә alınmışdır
(Philippe de Beaumanoir, Roman de la Manequine). O, Şәrqdә
dә mәlumdur (populyar “Dilroma” nağıl-әfsanәsi) vә özbәk ro-
man eposunun süjeti kimi işlәnmişdir (“Orizqul”).326
11. Әxlaqsız ana (Vuk, II, № 7, “Jovan i divski starjeşina”327,
Doyçin-voyevoda haqqında bolqar nәğmәsi).328
Qәhrәmanın anası oğlunun әsir saxladığı divlә (zalım ruhla)
mәhәbbәt әlaqәsinә girir. Oğlunu tәlәf etmәk üçün özünü xәstә-
liyә vurur vә onu tәhlükәli tapşırığa yollayır, amma oğlu bunun
öhdәsindәn gәlir, amma sonra ana hiylә işlәdib oğlunun әllәrini
sarıyır vә gözünü kor edir. Oğlu sadiq köpәyinin yardımı ilә ca-
nını qurtarır vә onu sevәn gözәlin kömәyi ilә gözlәri açılır, qayı-
dıb düşmәnlәrini cәzalandırır. (Aarne – Andreyev – № 315 B*,
Aarne kataloquna görә № 590 nağılı yaxındır (“Şahzadә vә qol-
baqlar”).
Bu nağıl süjeti özbәklәrin roman mәzmunlu “Rüstәm xan”
xalq dastanında da işlәnmişdir.329
Әfsanә xarakterli süjetlәrә aiddir:
12. Tapılmış Simeon (Vuk, II, № 13, “Naxod Simeun” vә b.).
Tapılmış uşaq özü dә bilmәdәn öz anasının әri olur. Edip haqqın-
da orta әsr әfsanәsi böyük günahkar haqqında kilsә әfsanәsi,
Qәrbi Avropada isә papa Qriqorinin (Qriqori Stolpnik)330 adı ilә
bağlanır.
13. Skadra tikilisi (Vuk, II. № 25, “Zidanje Skadra”). Vukun
versiyasında әfsanә Mrlyavçeviçlәr qardaşlarının – kral Vuka-
şin, voyevoda Uqleş vә onların tarixә mәlum olmayan, arvadı
qalanın tikintisi zamanı torpağa basdırılan kiçik qardaşı Qoyko-
nun tarixi obrazlarına uyğunlaşdırılmışdır. Rәvayәtin epik qәhrә-
manlaşdırılması bu adlarla bağlıdır. Müxtәlif şәhәrlәrin, qalala-
rın, körpülәrin, mәsәlәn, Bosniyada Drinadan Vışqoroda aparan
körpünün (Hörmann, I, № 111, “Zidanje cuprije u Visegradu”)
tikilmәsi haqqında digәr nәğmәlәrdә ustanın arvadı qurban ge-
dir. Bu süjetlә oxşar nәğmәlәr Serbiyada, Xorvatiyada, Bosniya
184