Page 185 - jirmunski
P. 185
Xalq qəhrəmanlıq eposu

vә Herseqovinada, Makedoniya vә Bolqarıstanda, Yunanıstan vә
Rumıniyada, Albaniyada, son zamanlar isә hәm dә Macarıstanda
qeydә alınmışdır.331

Әfsanә qәdim, bir çox xalqlara mәlum olan, yeni tikili zama-
nı insanın tikintinin özülünә basdırmaqla qurban verilmәsi adәti-
nә әsaslanır. Afanasyev Novqorod kremlinin tikintisindә dә tor-
pağa basdırılmış uşaq haqqında rәvayәti qeyd edir.332 Lakin
“Skadra tikilisi” tipli balkan nәğmәlәri mövzu oxşarlığı ilә mәh-
dudlaşmır, onlar nәğmәnin süjet variantı ilә dә üst-üstә düşür, bu
da bizi Balkan yarımadasındakı müxtәlif xalqların fәrqli tarixi
abidәlәrinә uyğunlaşdırılmış bir nәğmәnin mövcud olduğunu
tәxmin etmәyә vadar edir.

Bu qәbildәn olan beynәlxalq süjetlәrin sırasına mәnşәcә da-
ha qәdim, ancaq sonrakı epik nәğmәlәrdә eyniliklә әylәncәli no-
vella funksiyasında çıxış edәn bir süjeti dә әlavә etmәk lazımdır:

14. Әr öz arvadının toyunda (әn çox Kraleviç Markın, ancaq
digәrlәrinin dә adı ilә bağlı – Xalanski, 636–640; Vuk, III, 325,
“Ropstvo Jankoviça Stojana”; bolqar “Vojnik Stojan i Kraliüa”,
“Simon i neqova nevesta” vә b.).333 Bu süjetә alban, yeni yunan,
rumın nәğmәlәri dә aiddir ki, öz aralarında kәsişmә nöqtәsinә
malikdir.334

Başqa bir yerdә biz göstәrmәyә çalışdıq ki, “әr öz arvadının
toyunda” süjeti qәhrәmanlıq elçiliyi, әrin әsir düşmәsi vә onun
arvadının fırıldaqçı-düşmәni ilә toy günü qayıtması haqqında ba-
hadırlıq nağıllarının yeni tәhkiyәsidir.335 Orta әsrlәr әdәbiyyatı
vә folklorunda (xüsusilә Qәrbdә – sәlib yürüşlәrinin real mәişәt
şәraitindә) bu süjet öz novella әylәncәli xarakterinә görә geniş
populyarlıq qazanır vә müxtәlif tarixi, epik vә әfsanәvi adlara
uyğunlaşdırılır; onun xüsusilә cәngavәrlik-macәra romanları jan-
rında da işlәnmәsi çox sәciyyәvidir (Böyük Karl, kral Qorn,
Brunsvik, Henrix Şir vә b.).336 “Dobrınya vә Alyoşa” rus bılinası
tipoloji cәhәtdәn, Qәrbi Avropa versiyaları ilә müqayisәdә, qә-
dim bahadırlıq nağıllarına daha yaxındır; ancaq bu süjetin Solo-
vey Budimiroviçlә bağlı işlәdilmәsi onun sonradan novella kimi
işlәnmәsinin mümkünlüyünü göstәrir.

185
   180   181   182   183   184   185   186   187   188   189   190