Page 178 - jirmunski
P. 178
tor Jirmunski

dası әvәz edir. Ballada әn çox şәxsi, mәhәbbәt, ailә mәzmunlu-
dur, şәrti olaraq desәk, qәhrәmanlıq yox, “novella” xarakteri da-
şıyır, ancaq bu da müәyyәn tarixi şәraitdә feodal dövrünün icti-
mai münasibәtlәrindә hakim olan döyüş qәhrәmannamәlәri ilә
bәzәnә bilәr. Ballada tarixi әhәmiyyәtli faktları yox, ancaq şәxsi
hәyatı әks etdirir vә tarixi adlarla bağlı ola bilәr: cәnubi slavyan
eposunda belә ailә-mәişәt, novella süjetlәri, xüsusilә tez-tez po-
pulyar fiqur olan Mark Kraleviçin adı ilә bağlı olur. Ancaq bu
süjetin bir epik addan digәrinә asanlıqla bağlanması belә bağlan-
tının tamamilә zahiri xarakter daşımasına dәlalәt edir.

Beynәlxalq mәnşәli süjetlәr ballada janrında geniş yayılmış-
dır ki, spesifik milli-tarixi mәzmunun olmaması şәraitindә, әy-
lәncәli fabula prinsipiylә çox asanlıqla iqtibas ola bilәrdi. Mәn-
zum nәğmәnin belә “miqrasiya”sı üçün dil maneәlәri mәdәni
ünsiyyәt zamanı çoxsaylı ikidilli zonalarda asanlıqla dәf oluna
bilәrdi (Elzas, Flandriya, Şlezviq, Çexiya, Sloveniya vә s.). İngi-
lis, alman vә digәr xalq balladalarının klassik çoxcildli toplula-
rındakı biblioqrafik qeydlәr bu ünsiyyәtin miqyasından xәbәr
verir.301

German xalqlarında, elәcә dә Fransa vә Şimali İtaliyada bal-
lada müәyyәn vәzn çәrçivәsindә kiçik lirik-dramatik tәhkiyәnin
çox dәqiq janr formasına malikdir (ispan, portuqal, katalon bal-
ladasında digәr, ancaq belә spesifik metrik “romans” forması ya-
ranmışdır). Lakin vәzn vә kompozisiya meyarı olmayan (cәnubi
slavyan vә rus eposundakı kimi, burada da dastanın, yaxud yu-
nak nәğmәlәrinin eyni zahiri forması keyfiyyәt baxımından qәh-
rәmanlıq eposunun vә daha sonrakı epik “novella”nın fәrqini
gizlәdir vә mәzmunca Qәrbi Avropa ballada tipinә yaxınlaşdırır)
hallarda biz belә nәğmәlәrin müәyyәnlәşdirilmәsindә mütәrәd-
did meyarlardan istifadә etmәyә mәcburuq. Belә meyarlardan
biri bu süjetin beynәlxalq xarakterli olmasıdır.

Maretiçin, Maxalın, Simonoviçin, Sozonoviçin yuxarıda isti-
nad etdiyimiz araşdırmalarında cәnubi slavyan eposunun beynәl-
xalq mәnşәli olduğu şübhә doğurmayan bir sıra süjetlәr qeyd
olunmuşdur ki, bunlar da nәğmәyә (balladaya), novellaya, nağı-

178
   173   174   175   176   177   178   179   180   181   182   183