Page 191 - jirmunski
P. 191
Xalq qəhrəmanlıq eposu

çoxsaylı variantlarının toplanması vә müqayisәsi üçün dә keçәr-
lidir. Şifahi әnәnәnin mütәrәddid xarakteri heç dә hәmişә va-
riantların adi müqayisәli tәsnifatın fövqünә qalxaraq, müqayisә-
li-genetik tәhlilә keçmәyә imkan vermir. Buna baxmayaraq, bu,
“Nibelunqlar haqqında nәğmә”nin klassik nümunәsindә mümkün
olmuşdu. Çünki burada müxtәlif dövrlәrә aid bir sıra yazılı ver-
siyalar mövcud idi ki, onlar da, Hoyslerin etdiyi kimi, epik das-
tan inkişafının әsas mәrhәlәlәrini bәrpa etmәyә imkan vermiş-
di.359 Oxşar tәrzdә, özünün türk xalqlarının şifahi yaradıcılığın-
dakı izindә – Altaydan başlayaraq Orta Asiya, Kiçik Asiya, Ural
vә Sibirә qәdәr – Alpamış haqqında Orta Asiya epik dastanları-
nın Altay bahadırlıq nağılından (VI–VIII әsrlәr) qәhrәmanlıq poe-
masına qәdәr (XVI–XVII әsrlәr) keçdiyi inkişaf yolları vә mәr-
hәlәlәri bәrpa oluna bilәr.360

Cәnubi slavyan eposu nümunәlәrinә gәlincә, öncә bir neçә
yüzilliklәr boyu әksәr cәnubi slavyan xalqlarının yaradıcı iştira-
kı ilә meydana gәlmiş Marko Kraleviç haqqında geniş silsilә
nәğmәlәr müqayisәli-genetik tәhlilә cәlb edilmәlidir. Xalanski-
nin materiallarla zәngin kitabı bu mәsәlәni hәll etmir: o, nәğmә-
lәri qәhrәmanın bioqrafiyası kimi, onun doğulması, evlәnmәsi
vә ailә әlaqәlәrindәn tutmuş, ölümünәdәk eyni müstәvidә yerlәş-
dirir. Genetik baxımdan heç bir silsilә belә ardıcıllıqla inkişaf et-
mir: onun inkişafı, bir tәrәfdәn, mәnşәcә tarixi olan әsas şücaәt-
lәrdәn sonra gәlәn qәhrәmanın doğulması vә uşaqlığı haqqında
rәvayәtlәrә doğru istiqamәtlәnir; digәr tәrәfdәn isә qәhrәmanlıq
xarakterindәn novella, balladayadәk inkişaf edir. Banaşeviçin ki-
tabı da bu mәsәlәnin hәllini yerindәn tәrpәtmәdi, çünki epos in-
kişafının daxili qanunlarını o, bir sıra xaricdәn olan ardıcıl alın-
ma variantlarla әvәzlәdi.

Yuxarıda qeyd olunan ümumslavyan epik süjetlәrinin (bax:
s.96 vә 130), üslubi formullarının vә vәzn arxetiplәrinin (bax: s. 138)
bәrpasına yönәlik tәdqiqatlar da müqayisәli-genetik xarakter da-
şıyır. Onların metodikası müqayisәli-qrammatik tәdqiqatlarla ey-
nidir, ancaq materiallarının xarakterinә görә elә dә mötәbәr de-
yil.

191
   186   187   188   189   190   191   192   193   194   195   196