Page 194 - jirmunski
P. 194
tor Jirmunski

Buna görә dә ölkә xalqlarının epik yaradıcılığı son zamanlar
hәm dә qәhrәmanlıq eposunun tәşәkkülü vә inkişafı ilә bağlı
ümumi problemin qoyuluşunda rus vә sovet nәşrlәri vә tәdqiqat-
larından geniş istifadә edәn xarici folklorşünasların ciddi diqqәt
predmetinә çevrilmişdir. Mәsәlәn, Çadvikovların 3 cildlik “Әdә-
biyyatın tәşәkkülü”2 әsәrini qeyd etmәk olar. Burada tәkcә rus
bılinaları vә serb yunak nәğmәlәri deyil, hәm dә akademik
V.V.Radlovun qeydә aldığı türk xalqlarının eposu mühüm yer tu-
tur. Professor Baurun material baxımından daha yeni – “qәhrә-
manlıq poeziyası”na3 hәsr edilmiş kitabı da bu qәbildәndir. Leyp-
siqli germanşünas professor Teodor Frinqsin qismәn qettingen
slavyanşünası professor Maksimilian Braunla4 birgә qәlәmә al-
dığı eposun müqayisәli öyrәnilmәsinә dair tәdqiqat işlәrindә rus,
cәnubi slavyan vә Şәrq eposu materialları german eposu ilә qar-
şılaşdırılır vә bunlardan geniş şәkildә istifadә olunur.

Sosializm ölkәsindә xalq yaradıcılığı hәmişә dövlәtin vә cә-
miyyәtin qayğısı vә diqqәti ilә әhatә olunub. Sovet İttifaqının
çoxsaylı xalqlarının qәhrәmanlıq eposu inqilab illәrindә geniş ic-
timai marağın predmetinә çevrilmişdi. “İqor polku haqqında das-
tan”a, “Canqarnamә”yә, “Kalevala”ya vә s. hәsr olunmuş ümum-
xalq mәdәni bayramları da buna dәlalәt edir. Ayrı-ayrı nәşrlәrdә
vә milli antologiyalarda әdәbi müqәddimәlәrlә vә elmi şәrhlәrlә
zәngin olan çoxsaylı tәrcümәlәr xalq epik yaradıcılığının müxtә-
lifdilli әsәrlәrinin mәşhurlaşmasına tәlәbatdan doğurdu. Bu vә
ya digәr tәrcümәlәrin elmi vә bәdii keyfiyyәtlәri, hansı sәviyyә-
dә olursa-olsun, onlar, şübhәsiz ki, bütövlükdә ölkә xalqlarının
uzun tarixi dövr әrzindә әrsәyә gәtirdiyi poetik sәrvәtin mübadi-
lәsinә tәkan verdi.

Lakin mәhz bizim günlәrdә idrak edilәn epik qәhrәmanlıq
pafosuna geniş ictimai maraq dalğasının ardınca dәrin vә ciddi
elmi tәdqiqat işlәrinin aparılmasına ehtiyac duyulur: buraya sis-
temli toplama, xalq eposu abidәlәrinin nәşri vә öyrәnilmәsi mә-
sәlәlәri daxildir.

2
Cәnubi Sibir vә Orta Asiya türk xalqlarının epos vә folkloru-
nun sistemli öyrәnilmәsinin bünövrәsi akadeimk V.V.Radlovun

194
   189   190   191   192   193   194   195   196   197   198   199