Page 197 - jirmunski
P. 197
Xalq qəhrəmanlıq eposu

Oktyabr inqilabı milli folklorun, o cümlәdәn Orta Asiya
xalqlarının epik yaradıcılığının öyrәnilmәsi sahәsindә yeni sәhi-
fә açdı. Sovet mәkanında yaşayan bütün xalqların ümumi mәdә-
ni yüksәlişi milli keçmişin geniş şәkildә öyrәnilmәsinә zәmin
yaratdı. Bu illәrdә xalq yaradıcılığı abidәlәrinin öyrәnilmәsi Or-
ta Asiya eposu haqqında elmi tәsәvvürlәrimizn üfüqlәrini son
dәrәcә genişlәndirәn bir sıra әsl elmi kәşflәrlә yadda qaldı. Lakin
toplanmış materialların zәnginliyinә baxmayaraq, hәlә dә epo-
sun yayılmasını әks etdirәn xәritәdә kifayәt qәdәr “ağ lәkәlәr”
vardır. Bundan әvvәl aşkarlanmış vә tәsvir edilmiş әsәrlәrә gә-
lincә, onlar müasir dövrün elmi imkanları vә tәlәbatı sәviyyәsin-
dә daha dәrin vә hәrtәrәfli tәhlilә cәlb edilmәlidir.

Qazax xalqının bahadırlıq eposunun öyrәnilmәsi üçün mate-
rial artıq Radlovun, Potaninin vә Divayevin nәşrlәri ilә hazırlan-
mışdı. Sovet dövründә bunlara yeni nәşrlәr dә әlavә olundu.16
Qazax Elmlәr Akademiyasının zәngin folklor arxivindә saxla-
nılan çoxsaylı epik әsәrlәrdәn başqa, bu yaxınlarda qazax söylә-
yicilәrinin geniş silsilә epopeyası – “Qırx bahadır” da aşkarlan-
mışdır. Bu epik topluya genealoji dövrlәşdirmә prinsipiylә әv-
vәllәr mәlum olan vә bir çox namәlum qazax bahadırlıq eposu-
nun süjetlәri daxil edilmişdir. Bu silsilә 1942-ci ildә Alma-Atada
Manqışlaqdan olan sәksәn yaşlı akın Murun-jirau Senqirbayevin
dilindәn yazıya alınmışdır vә 40 000 yaxın misradan ibarәtdir.17

İnqilab illәrindә qırğız eposunun öyrәnilmәsi sahәsindә
mühüm nailiyyәtlәr әldә edilmişdir. Öz miqyasına görә bizә in-
diyәdәk mәlum olan Şәrq vә Qәrb epik poemalarından әn böyüyü –
möhtәşәm “Manas” epopeyası inqilabdan әvvәl Vәlixanovun
tәrcümә etdiyi kiçik epizoddan vә Radlovun yazıya aldığı son
dәrәcә natamam hissәdәn (9500-ә yaxın misra) mәlum idi. Ha-
zırda qırğız xalqının tarixi keçmişinin poetik ensiklopediyası
olan “Manas” poeması iki tam (hәrәsindә 250 000 misra) variant-
da: qocaman söylәyici Saqımbay Orozbakovun (1867–1930) vә
müasirimiz Sayakbay Karalayevin (1894-cü ildә anadan olub)
dilindәn yazıya alınmışdır; bundan başqa, ayrı-ayrı epizodlar bir
sıra digәr manasçıların repertuarından qeydә alınmışdır. Genea-

197
   192   193   194   195   196   197   198   199   200   201   202