Page 199 - jirmunski
P. 199
Xalq qəhrəmanlıq eposu

azad edir. Eposda әtrafında istehkamlar qurulmuş Mevali şәhәri-
nin hökmdarı Gülayım vә onun başçılıq etdiyi qırx döyüşçü qız
haqqında, müxtәlif yerli uyğunlaşdırılmalarla Qaraqalpaq, Xa-
rәzm vә Türkmәnistanın ayrı-ayrı әyalәtlәrindә mәlum olan “qız-
lar şәhәri” (“qız qalası”) haqqında qәdim dastan әks olunmuş-
dur.20 Lakin eposda tәsvir olunan tarixi hadisәlәr daha sonrakı
dövrә aiddir vә onlar (Orta Asiya eposunun bir çox digәr әsәrlәri
ilә yanaşı) XV–XVIII әsrlәr kalmık müharibәlәri, İran hakimi
Nadir şahın (tarixi “qızılbaş” hökmdarı) Xarәzmә hücumu ilә
bağlıdır. Epik poemanın nisbәtәn sonrakı tәrtibatı hәm dә roman
motivlәri (Gülayımın Arslana mәhәbbәti, Arslanın zalım Nadir
şah tәrәfindәn tәqib olunan bacısı gözәl Altunay obrazı), elәcә dә
xalq yumoruna geniş yer verilmәsi (poemanın bütün birinci his-
sәsini әhatә edәn çoban Jurın-tazın vә qulaqsız Sayökün gözәl
Gülayıma elçiliyi haqqında komik sәhnәlәr) ilә şәrtlәnir.

İnqilabdan sonra özbәk xalq eposu elmi toplama vә tәdqiqat
predmetinә çevrildi. İnqilabdan әvvәl hәm xarici, hәm dә rus el-
mindә belә bir sәhv fikir yaranmışdı ki, guya özbәk xalqının
eposu saxlanmamışdır. Düşünürdülәr ki, şәhәr mәdәniyyәti vә
klassik poeziya özәbәklәrin xalq әdәbiyyatını, o cümlәdәn qә-
dim dövrün epik poeziyasını sıxışdırıb sıradan çıxarıb. İnqilab-
dan әvvәlki illәrdә yalnız iki nәşr vardı: macar türkoloqu Vam-
berinin21 alman dilinә tәrcümәsindә nәşr edilmiş Xarәzm döyüş
povesti “Yusif vә Әhmәd” vә Daşkәnd etnoqrafı N.Ostroumo-
vun ruscaya tәcümәsindә nәşr edilmiş kitab mәnşәli xalq romanı
“Şahzadә Sәnubәr”.22

Ona görә әdalәt naminә demәk lazımdır ki, özbәk xalq eposu
әsasәn sovet dövründә aşkarlanmışdır. 1920-ci illәrdәn etibarәn
özbәk folklorşünaslarının başladığı intensiv toplama işlәri nәti-
cәsindә özbәk xalqının epik yaradıcılığı özünün bütün zәnginliyi
vә çeşidliliyi ilә mәşhurlaşdı. Özbәk söylәyicilәrinin repertua-
rında qәdim bahadırlıq eposu (“Alpamış”) vә döyüş povesti (“Yu-
sif vә Әhmәd”) ilә yanaşı, aşiqanә-qәhrәmanlıq, macәra vә na-
ğıl-fantastika mәzmunlu (“Kuntuqmış”, “Şirin vә Şәkәr”, “Orzi-
qul”, “Rüstәm-xan silsilәsi” vә b.), xalq romanı deyilәn roman

199
   194   195   196   197   198   199   200   201   202   203   204