Page 196 - jirmunski
P. 196
tor Jirmunski
ölümündәn sonra Rus Coğrafiya Cәmiyyәtinin nәşr etdiyi әsәrlәr
toplusunda bahadırlıq nәğmәlәrinin tәşәkkülü, ifası vә tarixi qay-
naqları haqqında çox vacib qeydlәr yer almışdır.10 “İdiqe”nin
Vәlixanov tәrәfindәn yazıya alınmış әlyazmasını professor P.Me-
lioranski çox da böyük olmayan, lakin bu poemanın tarixi vә әf-
sanәvi qaynaqları haqda dolğun tәdqiqat işiylә birgә nәşr etdir-
mişdir.11
Sibir vә Mәrkәzi Asiyanın mәşhur tәdqiqatçısı Q.N.Potani-
nin araşdırmalarında da qazax eposu vә xalq nağıllarına dair ge-
niş material vardır (1835–1920). Ancaq Potanin qeydә aldığı
folklor abidәlәrinin, mәzmunca dәqiq olsa da, bir qayda olaraq,
orijinalın bәdii xüsusiyyәtlәri haqqında tәsәvvür yaratmayan rus
variantlarını nәşr etmişdir.12 Potaninin beynәlxalq folklor süjet-
lәrinin müqayisәli öyrәnilmәsinә hәsr edilmiş tәdqiqatları, xüsu-
silә dә onun Qәrbi Avropa vә rus eposunun Şәrq mәnşәli olması
haqqında fәrziyyәsi son dәrәcә tәlәsik vә әsassız olması ilә fәrq-
lәnәn vә bir çox hallarda isә elmi tәnqidә tab gәtirmәyәn mifoloji
nәzәriyyә ilә bütün hәdlәri aşan komparativizmin qәribә birli-
yindәn ibarәtdir.13
1890–1900-cü illәrdә әslәn Kazan tatarı olan Daşkәnd folk-
lorşünası Әbubәkr Divayev tәhsilli ozanların әlyazmaları әsasın-
da qazax bahadırlıq eposunun bütöv әsәrlәr silsilәsini (әksәrәn
özünün “Etnoqrafik materiallar”ında),14 onların orijinal mәtnlә-
rini rus dilindә nәsr tәrcümәsiylә birgә nәşr etdirmişdi. Divayev
“Alpamıs-batır” (qaraqalpak variantı), “İdiqe-batır”, “Şura-ba-
tır” (Kazanın işğalı dövrünә aid epik dastan), “Biket-batır” (XIX
әsrin tarixi nәğmәsi) vә bir çox digәr poemaları nәşr etdirmişdir.
İnqilabdan sonra Divayevin mәtnlәri “Bahadırlar” seriyası adı
altında qazax dilindә yenidәn nәşr olunmuşdu (Daşkәnd, 1925).
Qaraqalpaq eposunun öyrәnilmәsinin әsasını 1913-cü ildә
professor P.Melioranskinin tәlәbәsi İ.A.Belyayev qoymuşdur.
Lakin onun yazıya aldığı “İdiqe” vә “Koblandı” eposlarının (bi-
rincisi rus tәrcümәsiylә birgә) qaraqalpaq variantları yalnız 1917-ci
ildә nәşr edilmişdir.15
196