Page 198 - jirmunski
P. 198
tor Jirmunski

loji dövrlәşdirmә baxımından oğlu (“Semetey”) vә nәvәsi (“Sey-
tek”) haqqında poemalar da “Manas”a daxildir. Radlovun kiçik
yazısında onlar 3 000 misradan, Karalayevin söylәdiyi mәtndә
isә 300 000 misradan ibarәtdir. Müharibәdәn sonra hәr üç poema
yenidәn qısa variantda qoca söylәyici Şapak Rasmandıyevin di-
lindәn (1859-cu ildә anadan olub) qeydә alınmışdır.

Yaxın vaxtlaradәk “Manas”ın bu yeni variantlarından yalnız
ayrı-ayrı epizodlar populyar xarakterli nәşrlәrdә yer almışdır
(1940-cı ildәn). Onların çox iri miqyası hәr iki әsas versiyanın
tam nәşri üçün böyük çәtinliklәr yaradırdı. Qırğızıstan Elmlәr
Akademiyası vә Qırğızıstan SSR-nin Yazıçılar Birliyi bu mәqa-
mı nәzәrә alaraq, bütün epik trilogiyanın umumilәşmiş qısa variant-
larını, Orozbakov vә Karalayevin mәtnlәrinә istinadәn, orta he-
sabla hәrәsindә 25 000 misra olmaqla 4 cildlik nәşrinә tәşәbbüs
göstәrdi.18

“Manas” silsilәsinә daxil olmayan vә inqilabadәk bizә mә-
lum olmayan bir sıra digәr epik әsәrlәr dә (“Töştük”, “Әr-
Tabıldı”, “Olcobay vә Kişimcan”, “Canış vә Bayış” vә b.) yazı-
ya alınıb populyar nәşrlәrdә çap edilmişdir. Bu әsәrlәr, bir qayda
olaraq, “kiçik epos” şәrti adı altında toplanmış vә mәnşәcә
müxtәlif dövrlәrә vә epik janrlara aiddir. Burada bahadırlıq na-
ğılından (“Töştük”, “Kococaş”) tutmuş, XVII–XVIII әsrlәrin ta-
rixi vә ailә-mәişәt eposunadәk әn müxtәlif әsәrlәr yer alır. Onla-
rın öyrәnilmәsi xüsusi vә differensial tәdqiqat işi tәlәb edir.

Qaraqalpaq bahadırlıq eposunun bir sıra yeni yazılarında
“Alpamıs-batır”, “Koblandı-batır” vә “İdiqe” poemalarının әv-
vәllәr qazaxlardan yazılmış orijinal qaraqalpaq süjet versiyaları
tәqdim olunmuşdur. Müharibә illәrindә folklor materiallarının
toplanması sahәsindә әlamәtdar işlәr görüldü: söylәyici Qurban-
bay-baxşinin dilindәn (1957-ci ildә vәfat etmişdir) әvvәllәr mә-
lum olmayan, 20 000 misradan ibarәt “Qırx qız” poeması yazıya
alındı.19 Poemada qәhrәman gözәl qız Gülayımın şücaәtlәrindәn
söz açılır: o, qırx qızdan ibarәt dәstәnin başında öz sevgilisi, xa-
rәzm bahadırı Arslanla birgә, öz xalqını yadelli işğalçılardan –
kalmık xanı Surtayş vә “qızılbaşlar”ın hökmdarı Nadir şahdan

198
   193   194   195   196   197   198   199   200   201   202   203