Page 203 - jirmunski
P. 203
Xalq qəhrəmanlıq eposu
vacib olan orijinalın dili ilә tanışlıq yaxın zamanlarda bu geriliyi
aradan qaldıra bilsin.
Akademik nәşrlәr üçün biz dәqiq vә bununla yanaşı, orijina-
lın poetik üslubuna diqqәtlә yanaşan nәsr şәklindә bәdii tәrc-
ümәyә üstünlük veririk. Türk vә monqol eposlarının belә nәsr
tәrcümәsi ilә bağlı akademiklәr V.V.Bartoldun (“Kitabi-Dәdә
Qorqud”), B.Y.Vladimirtsovun (“Monqol-oyrot eposu”), S.A.Ko-
zinin (“Canqarnamә”) çalışmaları bunun klassik örnәyidir.
Hәr bir süjeti bir sıra variantlarda tәqdim edәn yoxlanmış
mәtnlәrin sabit bünövrәsi üzәrindә xalq eposunun daha dәrin
tәdqiqatı aparıla bilәr: bu tәdqiqat işlәri eposun әmәlә gәlmәsi,
tarixi inkişafı vә yayılması, epik repertuarın tәrkibi, epik dastan-
ların vә ayrı-ayrı poemaların yaranma tarixi, eposun әsas mәz-
munu, onun bәdii obrazlarının vә poetik üslubu mәsәlәlәrini
әhatә edә bilәr.
Zәngin vә qәdim şifahi-poetik әnәnәdә saxlanan epik xalq
yaradıcılığı nümunәlәrinin çoxәsrlik tarixinin bәrpası, xalqların
vә әsrlәrin onlarda buraxdığı izlәrin elmi tәhlili üçün bütün variant-
ları vә versiyaları, elәcә dә epik dastanın müxtәlif “şaxәlәnmә”-
lәri müqayisәli-tarixi tәdqiqata cәlb edilmәlidir. Buraya daxildir:
birincisi, müxtәlif coğrafi rayonlarda, söylәyici mәktәblәrindә,
müxtәlif söylәyicilәrin dilindәn yazılmış mümkün qәdәr çox
sayda variantların müqayisәsi; ikincisi, müәyyәn bir eposa müxtә-
lif xalqlarda ( tarixi yaxınlıq vә qarşılıqlı mәdәni әlaqәlәr nәticә-
sindә) rast gәlinirsә, hәmin eposun müxtәlif versiyalarının müqa-
yisәsi.
3
Hәr bir bәdii söz әsәri kimi epos da, şübhәsiz ki, öncә yaran-
dığı milli-tarixi zәmindә öyrәnilmәlidir. Eposun bәdii-ideya mәz-
munu onun yaradıcısı vә daşıyıcısı olan xalqın çoxәsrlik tarixi
inkişafının konkret şәrtlәri, ictimai münasibәtlәr vә tarixәn for-
malaşmış milli xarakteriylә, xalq mәişәti, әnәnәsi vә inancları ilә
izah olunur. Bununla hәr bir milli eposun xalqın mәdәniyyәtinә
vә eyni zamanda dünya mәdәniyyәtinin ümumi xәzinәsinә ver-
diyi xüsusi töhfә müәyyәn edilir.
203