Page 205 - jirmunski
P. 205
Xalq qəhrəmanlıq eposu

idilәr”.34 Salur Qazan vә Qorqud әfsanәvi dövründә oğuz-salurlarla
müharibә aparan (IX–X әsrlәr), sonralar Mahmud Qaşğarlının
(XI әsrin ortaları) vә Rәşid әd-Dinin (XIV әsrin әvvәli) әsәrlә-
rindә adları çәkilәn peçeneqlәr (“becne”) öz soy-köklәrinin әfsa-
nәvi başçıları vә bu xalqın eponimi Oğuz-kağandan başlayan 24
qәdim oğuz tayfalarının sırasında olmuşlar.35 Sonrakı dövrlәrdә,
XVI әsrin sonu – XVII әsrin әvvәllәrindә noqay köçәri dövlәti-
nin süqutu çoxsaylı noqay uluslarının Yaik (Ural) vә Emba çay-
ları arasında vә Embadan şәrqә Aral dәnizinәdәk noqay düşәrgә-
lәrini әlә keçirmiş Kiçik Juza qazaxlarının tәrkibinә daxil olma-
ğa zәmin yaratdı. Qazax-noqay silsilәsindәn olan epik dastanla-
rın (İdiqe vә noqay bahadırları, onun nәsli haqqında) formalaş-
ması vә yayılması birbaşa bu tarixi hadisәlәrlә bağlıdır.

Orta Asiya köçәri tayfalarının belә mürәkkәb parçalanmaya
mәruz qalması vә ya onların daha sabit vә fәal tayfa özәyi әtra-
fında birlәşmәsi vә möhkәmlәnmәsi qәhrәmanlıq eposunun ilkin
mәrhәlәlәrindә tayfalar vә formalaşmaqda olan xalqlar arasında-
kı geniş qarşılıqlı әlaqәnin olması ilә izah olunur.

Belәcә, “Alpamış” bahadırlıq eposu bir sıra özbәk variantla-
rında yazıya alınmış, onlardan Fazıl Yuldaşevin (Sәmәrqәnd әya-
lәtinin Bulunqur rayonu)36 bәdii keyfiyyәtlәrinә görә klassik әsәr
sayılan variantı ixtisarlarla çap edilmiş, şair L.M.Penkovski onu
rus dilinә tәrcümә etmişdir.37

“Alpamış”ın birinci hissәsindә qәhrәmanın kalmıkların ölkә-
sinә (onun nişanlısı Barçin ailәsi ilә bu ölkәyә köçmüşdür) sәfәr
etmәsindәn, kalmık bahadırları ilә elçilik yarışlarından söz açılır.
Burada elçilik zamanı rәqibdәn dosta vә sadiq kömәkçiyә çevri-
limiş kalmık bahadırı Qaracan qәhrәmana yardım edir. İkinci
hissәdә Alpamış kalmıklara әsir düşür vә 7 il kalmık şahının zin-
danında qalmalı olur. Kalmık şahzadәsinin vә özünün bahadır atı
Bayçibarın kömәyi ilә azad olan qәhrәman öz arvadı Barçinin
hakimiyyәti zorla әlә keçirmiş Ultantazla (qәhrәmanın kiçik qar-
daşı, kәnizin oğlu) toy günü vәtәnә qayıdır. O, fırıldaqçı adaxlını
öldürür, öz hakimiyyәtini vә nikah hüquqlarını bәrpa edir.

Özbәk “Alpamış”ından savayı, әsas mәzmunu ilә üst-üstә
düşәn qaraqalpaq “Alpamıs”ı vә qazax “Alpamıs-batır”ı38 da

205
   200   201   202   203   204   205   206   207   208   209   210