Page 208 - jirmunski
P. 208
tor Jirmunski

ölkәyә toy sәfәri dә nağıl xarakteri daşıyır. Bu ölkә o dünyanın
mifoloji cizgilәrini daşıyır. Oraya aparan yol “qanadlı atın uça
bilmәdiyi, yeddiavarlı qayığın keçmәdiyi” geniş çaydan keçir.
Qәhrәmanı çayın o üzünә bir qoca tozağacından düzәldilmiş qa-
yıqda keçirir: bu, antik mifologiyada ölülәri keçirәn Haron obra-
zı ilә oxşarlıq tәşkil edir. Qәhrәmanın düşmәnlәri dә nağıl-mifo-
loji sәciyyә daşıyır: mәsәlәn, öz qızının adaxlılarını öldürәn qә-
zәbli Ak xan, xüsusilә dә boz öküzü minib ova çıxan vә şaman
mifologiyasında yeraltı dünyanın bahadırları arasında mәxsusi
yer tutan, bu dünyanın hakimi şәr tanrısı Erlikin dәstәsindә işti-
rak edәn yeddibaşlı nәhәng adamyeyәn Delbegen. Bir çox bu tip
türk vә monqol bahadırlıq nağıllarında olduğu kimi, qәhrәman
ovsunlu yuxuya gedir vә özünün mifoloji düşmәnlәri olan yeraltı
sәltәnәtin bahadırlarına әsir düşür.

Cәnubi Sibir vә Orta Asiyanın köçәri türk xalqları arasında
yaranan vә bir çox yüzillikәr boyunca yenidәn formalaşan Alpa-
mış haqqında dastanın bütün bu milli versiyalarının metodik
müqayisәsi, dastanın Altaydan tutmuş, Orta Asiyadan Ural vә
Volqa, Qafqaz vә Kiçik Asiyayadәk tәdricәn yayılması yollarını
bәrpa etmәyә imkan verir. Bu bahadırlıq nağılının әn qәdim for-
masında (“Alıp Manaş” onun müasir әksidir) Altay dağı әtәklә-
rindә artıq VI–VIII әsrlәrdәn mövcud idi (türk xaqanlığı dövrü).
Dastan oğuzların köçü ilә Sırdәrya çayının aşağı әtәklәrinә gedib
çıxır (IX әsrdәn gec olmayaraq). Burada dastan müstәqil inkişaf
yolu keçir, Salur Qazanın bahadırları haqqında oğuz epik nәğ-
mәlәri silsilәsinә daxil olur. Buradan Sәlcuqların dövründә (XI
әsr) dastan Qafqaza vә Kiçik Asiyaya keçir; bu versiyanın daha
sonrakı, son dәrәcә feodallaşmış formada әksi kimi XV–XVI әs-
rin әdәbi variantı olan “Kitabi-Dәdә Qorqud”dakı “Bamsı Bey-
rәk haqqında hekayәt”i göstәrmәk olar. Qıpçaq tayfalarının qәr-
bә köçü ilә әlaqәdar dastanın digәr versiyası XII–XIII әsrlәrdә
Qazaxıstan, Başqırdıstan vә Volqaya keçir. Burada da dastan
hәdsiz müasirlәşdirmәyә mәruz qalır. Dastan Şeybani xanın köçә-
ri özbәklәriylә (XVI әsrin әvvәli) cәnubi Özbәkistana keçirilir
(Baysun bәyliyi – kunqrat versiyası) vә burada kunqratların Aral

208
   203   204   205   206   207   208   209   210   211   212   213