Page 192 - jirmunski
P. 192
tor Jirmunski
Yekunlaşdıraq. Eposun müqayisәli şәkildә öyrәnilmәsi yal-
nız o halda sәmәrәli ola bilәr ki, biz tarixi-tipoloji müqayisәni
genetik müqayisәdәn (alınmalar) dәqiq fәrqlәndirә bilәk. Әvvәl-
ki әdәbiyyatda kifayәt qәdәr tәmsil olunmayan tipoloji müqayisә
çox mühüm әhәmiyyәt kәsb edir, çünki o, epos süjetinin vә üslu-
bunun tәkrarlanmasında bunların inkişafının sosial baxımdan
şәrtlәndirilәn inkişaf qanunauyğunluqlarının açılmasına imkan
yaradır. Eposda tipoloji oxşarlıqlarla alınma variantların fәrqlәn-
dirilmәsi tarixi xarakter daşıyır. Әsl qәhrәmanlıq eposu öz yerli
milli vә tarixi mәzmununa müvafiq olaraq, kәnardan beynәlxalq
әdәbi tәsirә asanlıqla mәruz qalmır. Müxtәlif xalqların qәhrә-
manlıq eposu arasındakı oxşarlıq cizgilәri, demәk olar ki, hәmi-
şә tipoloji xarakter daşıyır. Belә hallarda hәr bir oxşarlığı vә ya
oxşarlığa bәnzәyәn bütün cizgilәri alınma kimi nәzәrdәn keçirәn
müqayisәlәr, hәmin cizgilәrin daha geniş tipoloji xarakterinә
görә asanlıqla rәdd edilir. Sonrakı eposda (cәngavәrlik romanı,
“ballada”) әylәncә tәlәbatını ödәyәn novella xarakterli beynәl-
xalq süjetlәr geniş yayılır. Cәnubi slavyan xalqlarının epik yara-
dıcılığındakı çoxәsrlik qarşılıqlı tәsir bu xalqların vә onların dil-
lәrinin qohumluğuna vә eyni tarixi taleyinә әsaslanır. Süjetlәrlә
bağlı daha geniş “Balkan birliyi”, elәcә dә cәnubi slavyan eposu
ilә rus bılinaları arasındakı süjet oxşarlıqları tipoloji xarakter da-
şımadığı hallarda bu eposun inkişafının sonrakı dövrünә aiddir.
192