Page 165 - jirmunski
P. 165
Xalq qəhrəmanlıq eposu

o, atasının dostu cәngavәr Qoca Siqurdun qәsrinә baş çәkir vә
atasının tövsiyәsinә baxmayaraq adını gizlәdir, onunla tәkbәtәk
döyüşә çıxır. Siqurd gәnc pәhlәvana qalib gәlә bilmir vә tәkbә-
tәk döyüşün ardını sәhәrә saxlayıb onu qalaya – yanına dәvәt
edir. Siqurdun әvvәlcә Tetleyfә qalib gәlmәk istәyәn bahadır qı-
zı gecә onun yanına gәlir vә atasına ikinci tәkbәtәk döyüşdә qa-
lib gәlmәkdә ona kömәk edir. Ardınca Tetleyfin Siqurdun qızı ilә
nişanlanması gәlir vә bu, onun qarşısında Bernli Tidrekә aparan
yolu açır.

Xalanskinin nәzәriyyәsinә görә, İlya Muromets “ilkin olaraq
rus tәqlidi”, Danimarkalı Tetleyf epik obrazının surәti vә eyni
zamanda bu tipin rus tәfsiridir.270 Xalanski vurğulayır ki, “İlya
Muromets vә quldur Solovey haqqında rus bılinalarının bütün
xüsusiyyәtlәri Tetleyf haqqında Tidrek-saqa dastanının müvafiq
xüsusiyyәtlәri ilә tamamlanır”.271 “Tetleyflә Siqurdun görüşü İl-
ya Murometslә quldur Soloveyin görüşünә uyğundur: Tetleyfin
Siqurdun qızı ilә toqquşması İlya Murometslә quldur Soloveyin
qızı ilә әdavәti epizoduna son dәrәcә (Rıbnikovun variantı, İ, №
9, III, № 5) oxşardır”.272 “Kәndli oğlu Tetleyf” (“kәndli oğlu”
haqqında bax: s.160) “Tidrekin drujinasında fәxri mövqe tutur
vә ona hersoqluq verilir; eyniliklә, Murom kәndlisinin oğlu İlya
İvanoviç dә Vladimir bahadırları arasında böyük nüfuz sahibidir
vә nağıla görә (Kir., 1, әlavә, s.IX) o, hәtta paytaxt knyazı Çerni-
qovskidәn boyar titulu da alır”.273

Bu müqayisәlәr heç bir tәkzib tәlәb etmir vә yalnız klassik
nümunә kimi göstәrilmişdir. Yalnız bir motiv diqqәtәlayiqdir:
eposda vә bahadırlıq nağılında qәhrәmanları bir qayda olaraq
“günlәrlә yox, saatlarla böyüdüyü”, ilk şücaәtlәrini lap gәnc yaş-
larında etdiyi vә böyüklәrin sözünü dinlәmәdәn döyüşә atıldığı
halda (bax: s.15 vә s.), Tetleyf dә İlya kimi uşaqlıqda tәnbәl, ava-
ra vә ya nağılın tәdqiqatçılarının terminologiyası ilә desәk, “gә-
lәcәyinә ümid bәslәnmәyәn” qәhrәmandır (umpromising hero;
bax: Motif-İndex, L 100–189).

Biz artıq qeyd etmişdik ki, qәhrәmanlıq eposunda uşaqlıq
çağları, adәtәn bahadırın epik tәrcümeyi-halının әn son hәlqәsi-

165
   160   161   162   163   164   165   166   167   168   169   170