Page 161 - jirmunski
P. 161
Xalq qəhrəmanlıq eposu

çә yayan” peşәkar ifaçılar kimi danışır. “Onlar, şübhәsiz ki, Rus
dövlәtinә dә gәlmişlәr (Buslayev, Tarixi oçerklәr, I, 265) vә bu-
rada knyaz drujinası qarşısında öz epik qәhrәmanları Bernli Dit-
rix vә onun silahdaşları, Danimarkalı Tetleyf, Güclü vә ya Zәn-
gin Samson, İlias Russki vә b. haqqında nәğmәlәr oxumuş, rәva-
yәtlәr söylәmişlәr”.261 Әslindә, skaldlar drujina ifaçıları idilәr,
onlar skandinav konunqlarının şәrәfinә müasir mәzmunlu lirik,
әsasәn dә tәrif dolu nәğmәlәr qoşurdular. Onlar “Edda” nәğmә-
lәri tipindә qәdim xalq qәhrәmanlıq nәğmәlәrini ifa etmirdilәr,
demәli, nә Bernli Ditrix, nә Tetleyf vә başqaları haqqında oxu-
murdular, çünki bu tip poeziya skaldlarda arxaik sayılırdı, dәbә
uyğun deyildi. “Edda”da Siqurd haqqında nәğmә tipli әnәnәvi
epik nәğmәlәri yayanlar kimlәr idi, bunu biz dәqiq bilmirik. Bu
epik nәğmәlәrdәn mәhz hansı ictimai tәbәqәlәrdә vә nә vaxt isti-
fadә olunurdu – bu da bizә mәlum deyil. Ancaq, hәr halda, bun-
lar skaldlar tәrәfindәn ifa olunmurdular.

Gәtirilmiş nümunәlәrdәn göründüyü kimi, müxtәlif tipli bu
filoloji diqqәtsizliklәr bir sıra hallarda Xalanskinin arqumentasi-
yasının çox mühüm mәqamlarına toxunur.

German eposunun slavyan xalqlarının epik yaradıcılığına
müxtәlif fәrziyyә xarakterli “tәsiri” ilә bağlı geniş vә çeşidli ma-
teriallardan ikisinin üzәrindә daha әtraflı dayanacağıq. Bunlar
tәdqiqatçı-komparativistlәrin diqqәtini digәrlәrindәn daha çox
özünә cәlb etmiş mәsәlәlәrdir: söhbәt “Nibelunqlar haqqında
nәğmә”nin (A) vә norveçlәrin “Tiqrek haqqında saqa”sı da sax-
lanan Danimarkalı Tetleyf haqqında dastanın (B) tәsiri mәsәlә-
sindәn gedir.

A. Özünün Marko Kraleviç kitabında “Nibelunqlar nәğmә”-
si vә slavyan qәhrәmanlıq eposu arasındakı münasibәtlәrә xüsu-
si fәsil ayırmış Xalanski,262 hәm rus bılinalarına, hәm dә cәnubi
slavyan yunak nәğmәlәrinә aid aşağıdakı süjet paralellәrini qeyd
edir:

a) “Nibelunqlar haqqında nәğmә” Krimhildanın gәlәcәkdәn
xәbәr verәn yuxusu ilә başlayır: iki qartal şahini (sevgili) parça-
layır. Şahinin sevgili yar vә ya ümumiyyәtlә, pәhlәvan kimi ifa-

161
   156   157   158   159   160   161   162   163   164   165   166