Page 229 - jirmunski
P. 229
Xalq qəhrəmanlıq eposu

yaranan xalq qәhrәmanı Koroğlu (Qoroğlu) haqqında epik das-
tanların geniş silsilәsini göstәrmәk olar. Nisbәtәn sonrakı dövrlәr-
dә yarandığı üçün bu epos xüsusilә inkişaf etmiş feodal cәmiy-
yәtinin sinfi differensiyasiyasını vә bununla bağlı olan yeni sosial
mövzuları daha aydın әks etdirir. Bahadırlıq pafosu etnik özünüdәr-
kin ifadәsi kimi, xüsusilә özbәk versiyasında xalq romanlarının
mәhәbbәt vә nağıl romantikası ilә birlәşir. Cәmi iki әsr әrzindә
bu böyük silsilәnin yaranması vә yayılması nәinki uzaq keçmiş-
dә, hәtta qismәn yaxın zamanlarda Orta Asiya xalqlarının epik
yaradıcılığının qeyri-adi intensivliyinә dәlalәt edir.

7
Orta Asiya eposunun, ümumiyyәtlә, türk xalqları folkloru-
nun poetikası kifayәt qәdәr öyrәnilmәmişdir. Akademik F.Y.Kor-
şun vә Tadeuş Kovalskinin nәzm mәsәlәlәrinә dair82 әsaslı qә-
dim işlәrindәn başqa, bu sahәdә, hәtta materialın ilkin tәsvirlәri
dә yoxdur.
Türk xalqlarının eposu qismәn qarışıq (nәsr-nәzm әvәzlәn-
mәsi), qismәn isә nәzm formalıdır. Şeirlәr qısa (7-8 hecalı) vә ya
uzun (11 hecalı) olur. Onlar ya tirada (qeyri-müәyyәn sayda şeir-
lәrin eyni qafiyәdә olması), ya da müxtәlif quruluşlu beytlәr (әn
çox aava qafiyә ardıcıllığı olan, 4 misradan ibarәt) şәklindәdir.
Bu formaların tarixi qarşılıqlı әlaqәlәrini dәqiq müәyyәn
edilmiş hesab etmәk olmaz. Belә düşünmәk olar ki, türk xalqla-
rının eposunda qarışıq forma lap qәdimdәn mövcud olmuşdur
(görünür, mәsәlәn, Qorqud silsilәsindәn olan “hekayәtlәrin” әsa-
sında da hәmin forma dayanır). Lakin bununla yanaşı, sırf şeir
forması da mövcud ola bilәrdi. Bununla belә, nәsr (sәrgüzәşt tip-
li) nәzmin sonrakı parçalanmasının nәticәsindә dә yarana bilәr-
di; mәnşәcә daha sonrakı xalq romanlarında bu forma tәhkiyәnin
bünövrәsini tәşkil edir, amma әlavә edilmiş şeirlәr isә daha çox
lirik nәğmә, monoloq vә dialoq xarakterlidir. Qısa nәzm (“Ma-
nas” vә digәr bahadırlıq nәğmәlәrindәn göründüyü kimi) böyük
hәcmli nәzmdәn daha qәdimdir; tirada lirik beytdәn öncә gәlir.
Tiradada tez-tez son sözlәriylә tәkrarlanan (rәdif) affiksal (xüsu-

229
   224   225   226   227   228   229   230   231   232   233   234