Page 234 - jirmunski
P. 234
tor Jirmunski
Üslubun janr baxımından diferensiasiyası ifaçı-söylәyici mәk-

tәblәrinin arasındakı fәrqlәri dә әsaslandırır. “Alpamış”ın әn yax-
şı ifaçısı Fazil Yuldaşevin mәnsub olduğu özbәk Bulunqur söylә-
yici mәktәbi, әsasәn, qәhrәmanlıq üslubunun arxaik sadәliyini
saxlayan qәdim bahadırlıq eposunu tәrәnnüm edirdi. Erqaş Cu-
manbülbüloğlunun mәnsub olduğu Nurәddin mәktәbi xalq ro-
manlarının ifası ilә mәşhur idi vә onun üslubu koloritli bәdiilik-
lә, tәsvirin rәngarәngliyi, detalların işlәnmәsi, poetik işlәnmәnin
parlaqlığı vә ornamentallığı ilә fәrqlәnirdi. Maraqlıdır ki, Erqa-
şın babası vә ulu babası (Molla Taş vә Molla Xamurad) onun özü
kimi savadlı idilәr vә demәli, onların kitab poetik mәdәniyyәtinә
uygunlaşmaq imkanları vardı. Mәşhur el sәnәtkarlarının fәrdi
manerasının xarakteristikasını müәyyәnlәşdirmәk üçün bu janr
vә üslub ziddiyyәtlәrini nәzәrә almaqla, Fazil Yuldaşevin ifasın-
da “Alpamış” ilә Erqaşın “Rövşәn”inin müqayisәsinin aparılma-
sı vacib olardı.

234
   229   230   231   232   233   234   235   236   237   238   239