Page 237 - jirmunski
P. 237
Xalq qəhrəmanlıq eposu
XIX әsrin sonu – XX әsrin әvvәllәrindә Qәrb folklorşünaslı-
ğının vә Orta әsr tarixinin aparıcı istiqamәtlәri tәkcә “xalq poezi-
yası”nın romantik idrakına son qoymadı, hәm dә xalq yaradıcılı-
ğı anlayışına qarşı skeptik münasibәt formalaşdırdı. Orta әsrlәr
Qәrbi Avropa qәhrәmanlıq eposunu antik vә kilsә-xristian mәdә-
ni tәsirinә mәruz qalmış “kitab eposu”, feodal aristokratiyanın
yaradıcılığı kimi görmәyә başladılar. A.N.Veselovski vә onun
mәktәbi bahar mәrasim nәğmәlәrini trubadurların vә minnezin-
gerlәrin orta әsr mәhәbbәt lirikasına bağlayır, onları Ovidinin
antik mәhәbbәt poeziyasına, kliriklәrin orta әsr latın poeziyası-
na, Mәryәmin şәrәfinә oxunan xristian himninә vә ya әrәb nümu-
nәlәrinә bәnzәtmә kimi qәlәmә verirdilәr.6 Xalq mәhәbbәt nәğ-
mәsini cәngavәrlik lirikasına bağlamağa başladılar. XVIII–XIX
әsrlәr xalq balladasını isә menestrel (the decay minstrelsy)7 sәnә-
tinin süqutunun nәticәsi hesab edirdilәr.8
Analoji fikirlәr rus folklorşünaslığında da Vsevolod Millerin
vә onun mәktәbinin rus bılina eposu haqqında araşdırmalarında,
xüsusilә V.A.Keltuyalanın vulqar-sosioloji nәzәriyyәsindә yayıl-
mışdı.9
Bu antidemokratik cәrәyan imperializm dövrünün burjua el-
mi fikrindә ümumi mürtәce dönüşündәn xәbәr verirdi. Bu baxış
xalq kütlәlәrinin yaradıcı qabiliyyәtini prinsipial olaraq inkar et-
mәklә xalq poeziyasının cәmiyyәtin “yuxarı tәbәqәsi”nin (Obers-
chicht) fәrdi yaradıcılığı nәticәsindә әrsәyә gәldiyini vә sonra-
dan “bayağılaşmış mәdәni dәyәrlәr”ә (gesunkenes Kulturgut)
çevrildiyini iddia edirdi (Hans Nauman). “Xalq yaratmır, xalq
tәqlid edir” (“Das Volk produziert nicht, es reproduziert”), xalq
poeziyası tәhsil vә mәdәniyyәt imtiyazlarına malik olan cәmiy-
yәtin hakim siniflәrinin artıqları ilә, “varlıların stolundakı qırın-
tılarla qidalanır” (Qofman Kreyer).
Bununla bağlı orta әsr lirikasının xalq mәnbәlәrinin nәzәriy-
yәsini müdafiә edәn Teodor Frinqsonun ardınca professor Leo
Şpitserin fikirlәrini qeyd etmәk maraqlı olardı. L.Şpitser haqlı
olaraq yazır: “Hazırda filoloji dairәlәrdә bu qәdәr dәbdә olan an-
tixalq meyili xalq poeziyası haqqında hәqiqәti deyil, daha çox
xalq kütlәlәrinә düşmәn münasibәt bәslәyәn XIX әsr aliminin
237