Page 240 - jirmunski
P. 240
tor Jirmunski

nәinki süjetlәrin, motiv vә obrazların, hәm dә sabit üslubi for-
mulların, epitetlәrin, müqayisәlәrin, frazeoloji birlәşmәlәrin vә
s. müәyyәn әnәnәsi çәrçivәsindә mümkün ola bilәr ki, bunlardan
da şair-improvizator özünәmәxsus hazır poetik dil kimi istifadә
edir.

Müxtәlif söylәyicilәrin ifasında yaradıcı improvizasiyanın
rolu müxtәlifdir. Qırğız eposunun müasir tәdqiqatçısı Muxtar
Auezov manasçıları iki kateqoriyaya ayırır vә onları Homer ifa-
çıları aedlәr vә rapsodlarla müqayisә edir. “Comokçu” adlandırı-
lan birincilәr (“comok”, yәni “dastan”, “nağıl”) aedlәr kimi yara-
dıcı şair-improvizatorlardır; ırçılar, yәni sadә ifaçılar (“ır”
sözündәn, yәni “nәğmә”) isә eposun hissәlәrini әzbәrdәn ifa
edirlәr.16 Aşağısәviyyәli söylәyicinin, sadә ırçının repertuarı әz-
bәrlәnmiş hissәlәrlә mәhdudlaşır vә onun ifası 7–10 gecә çәkir.
Onlar yunan rapsodları kimi eposun populyarlaşmasına xidmәt
edirlәr. Hazırda belә ifaçılar, az istisnalarla, çoxluq tәşkil edirlәr.
Әsl comokçu – yuxarısәviyyәli söylәyici tәkrarlanmalara yol
vermәdәn dinlәyicilәrin istәyinә müvafiq olaraq “Manas”ı bir
neçә ay, bәzәn isә yarım il әrzindә ifa edә bilәr. “Manas”ın
özündә әfsanәvi söylәyici Caysandan söz açılır. O, tәkcә alaçığın
bәzәdilmәsini yarım gün tәrәnnüm edә bilirmiş. Qırğız epopeya-
sının son dәrәcә böyük hәcmdә olması da söylәyicilәrin vә onla-
rın auditoriyasının epik sonsuzluğa meyil etmәsi ilә bağlıdır.

Radlov qeyd edir ki, dinlәdiyi qırğız söylәyicisi onun rus
millәtindәn olduğunu nәzәrә alaraq, öz ifasına Manasın rus çarı
ilә görüşü haqqında yeni epizod әlavә etmişdi. Burada bütün
dünya xalqlarını özünә tabe edәn Manas könüllü olaraq ağ çarın
tabeçiliyinә keçir vә onun “dostu”na çevrilir.17 Yaxın zamanların
böyük qırğız söylәyicisi Saqımbay Orozbakov öz versiyasına bir
sıra süjet yeniliklәri әlavә etmişdir (Manasın Şimala vә Qәrbә,
Avropaya sәfәri, İlya Murometslә tәkbәtәk döyüşü). Әn yaxşı
müasir mansaçılardan olan Sayakbay Qaralayev isә, görünür,
müstәqil olaraq yeni nәğmәlәr silsilәsi yaratmışdır. Onun qәhrә-
manları Manasın nәslinin sonuncu nümayәndәlәri, nәvәsi Seyte-
kin nәvәlәri bahadırlar Alımsarık vә Kulansarıkdır. Burada Qa-

240
   235   236   237   238   239   240   241   242   243   244   245