Page 241 - jirmunski
P. 241
Xalq qəhrəmanlıq eposu
ralayev, әlbәttә ki, qeyri-iradi olaraq, elә hәmin genealoji dövrlәş-
dirmә prinsipindәn çıxış etmişdir: dinlәyicilәrin sevimli xalq
qәhrәmanına canlı marağı qәdim dövrün söylәyici-improvizator-
larını Manasın oğlu vә nәvәsi Semetey vә Seytek, onun varislәri
vә işinin davamçıları haqqında nәğmәlәr oxumağa sövq edirdi.
Özbәk söylәyicilәri arasında ifaçı-improvizator adi baxşılar-
dan fәrqlәnir vә fәxri el şairi adı daşıyırlar (mәsәlәn, şair Fazil,
şair İslam vә b.). Keçmişdә belә mәşhur el şairlәrinin yaratdığı
dastanların yaradıcı variantları xalq yaddaşında elә onların adla-
rı ilә bağlı qalmışdır. Mәsәlәn, bu yaxınlarda vәfat etmiş görkәmli
özbәk söylәyicisi Erqaş Cumanbülbüloğlunun ifasında qeydә
alınmış, Qoroğlu xalq romanı silsilәsindәn olan “Rövşәn” dasta-
nının onun atası tәrәfindәn yaradıldığı iddia edilir: söylәyicilәrin
özlәrinin dediyinә görә, “Rövşәn” – “Cumanbülbüloğlunun üç
dәfә әkilmiş tarlası”dır. Erqaşın dediyinә görә, “Rövşәn”in ayrı-
ayrı hissәlәrinin müәllifi onun atasının müәllimi Buran baxşıdır
(nәqәratı: “Kimsә mәnim sevgilimi görübmü?” olan lirik nәğ-
mә”). Elә hәmin söylәyicilәr qeyd edirlәr ki, kalmık bahadırları-
nın “Alpamış”dakı qrotesk-komik portretlәri mübaliğә üslubu-
nun mahir ustası kimi tanınan Amin baxşı (XIX әsrin ortalarının
söylәyicisi) әnәnәsi tәrәfindәn yaradılmışdır.
Oxşar tәrzdә qazaxlarda da “Qız-Cibek” poeması Saim-jirau-
nun (XIX әsr) ifasında daha populyardır. O, poemanın mәtnindә
özünü ifa etdiyi variantın müәllifi kimi qәlәmә verir.
Y.İsmayılovun mәlumatına görә, “Uteqen-batır” epik poe-
masını mәşhur qazax akını Suyumbayın (1827–1895) babasının,
Cambulun müәlliminin yaratdığı iddia olunur; әsәrin qәhrәmanı
XVIII әsrdә yaşamış (1773-cü ildә vәfat edib), kalmık işğalçıla-
rına qarşı mübarizәdә Böyük Cuz qazaxlarının әn görkәmli baş-
çılarından olmuşdur. O, kalmık ordası tәrәfindәn tәqib olunan
soydaşları üçün Volqa vә Ural sahillәrindә, elәcә dә xalqın arzu-
sunda olduğu, hәsrәtini çәkdiyi müqәddәs Cidel-Baysında yeni,
tәhlükәsiz köç yerlәri arayan әfsanәvi “xalq qayğıkeşi”dir.18 Biz
bu poemanı Cambulun versiyasında eşitmişik. Cidel-Baysın ölkә-
sinә aparan yol keçilmәz sәhralardan vә qalın meşәlәrdәn keçir.
241