Page 238 - jirmunski
P. 238
tor Jirmunski

sosial mövqeyini, onun fikrincә, etibardan düşmüş vә tәhlükәdә
olan ictimai durumunu әks etdirir”.10

Bütün bunların әksinә olaraq, A.M.Qorkinin ardınca sovet
folklorşünaslığı xalq kütlәlәrinin yaradıcılığını bütün böyük milli
әdәbiyyatların ilham mәnbәyi, ideya, obrazlar vә formalar mәxә-
zi hesab edirdi. Rus folklorşünaslıq mәktәbi xalqın içindәn çıx-
mış insanın fәrdi yaradıcılıq istedadını, şifahi xalq әnәnәsinin
yaradıcısı vә qoruyucusu olan söylәyicilәrin vә sәnәtkarların fәa-
liyyәtinin öyrәnilmәsini ön plana çәkdi.11 Bizim folklorşünasla-
rın bu sahәdә gördüyü işlәr artıq çoxdandır ki, böyük nüfuz qa-
zanmışdır vә digәr slavyan xalqlarının folklorunun öyrәnilmәsi
mәsәlәlәrinә әhәmiyyәtli tәsir göstәrmişdir. Germanşünas Frinqs
yazır: “Canlı materiala әsaslanaraq epik formanın yaşam qanun-
larını israrla mәhz slavyan elmi işlәyib hazırlamışdır vә hazırda
Qәrb tәdqiqatçıları artıq bununla razılaşmaya bilmәzlәr”.12

Rus folkloru üzrә aparılan işlәr nümunә kimi götürülәrәk Or-
ta Asiyada da söylәyicilәr haqqında zәngin material toplanmış-
dır; bunlardan X.T.Zarifovun özbәk şairlәri vә baxşilәri, Muxtar
Auezovun vә K.Raxmatullinin qırğız manasçıları, Esmaqambet
İsmayılovun qazax akınları haqqında topladıqları materialları
göstәrmәk olar;13 bu mәsәlәyә dair bir sıra mәlumatlar V.Us-
penskinin vә V.Belyayevin türkmәn, V.Vinoqradovun qırğız xalq
musiqisi ilә bağlı әsәrlәrindә yer almışdır.14 Bu material hәm dә
canlı vә zәngin epik әnәnәnin mövcud olduğu bir şәraitdә әnәnә
ilә fәrdi yaradıcılıq arasındakı münasibәtlәr problemini çözmәyә
dә imkan yaradır.

2
Eposun xalq hәyatının canlı hadisәsi olduğu hәr yerdә söylә-
yicilәrin ifasında improvizasiya vә yeni yaradıcılıq elementi,
әnәnә çәrçivәsindә variasiya vardır.
Orta Asiya söylәyicilәrinin ifasının yaradıcı xarakteri, bu ifa-
da improvizasiyanın rolu ilk dәfә Radlovun qırğız ifaçılarının
xarakteristikasına hәsr olunmuş әsәrindә qeyd edilmişdir.
Az-çox mәharәti olan ifaçı Radlovun sözlәrinә görә, situasi-
yaya uyğun olaraq improvizasiya edir vә ona görә dә eyni nәğmә

238
   233   234   235   236   237   238   239   240   241   242   243