Page 233 - jirmunski
P. 233
Xalq qəhrəmanlıq eposu

min әsәrlәrdә tәsviri bir sıra hallarda nәqarәt formulu üzәrindә
qurulur: “ketib boradi” (kәnara çapmaq); fikirlәrin ifadәsindә vә
ruhi iztirabların tәsvirindә belә sәtirlәr zәnciri nәzmin sonunda
gәlәn vә tәkrarlanan “deb” vә ya “dedi” (fikirlәşdi, dedi) sözlәri
ilә birlәşdirilir.

Epik üslubun tәhlili hәm dә janrların diferensiasiyasını tәlәb
edir. Özbәk vә türkmәn eposunda bahadırlıq eposunun qәdim
janr әnәnәsinә daha sonrakı mәhәbbәt-macәra vә nağıl-fantastik
süjetlәrlә zәngin xalq romanları әnәnәsi üst-üstә düşür. Türk
xalq romanı, mәhәbbәt romantikası ilә fantastik macәralarının
qәhrәmanlıq pafosunun bir araya gәtirilmәsiylә, bir çox hallarda
XIII әsrin ortalarından etibarәn qәdim qәhrәmanlıq eposunu әvәz
edәn Orta әsr Qәrbi Avropa cәngavәrlik romanlarını vә daha
sonradan, XIV–XVI әsrlәrdә bunlar әsasında yaranan demokra-
tik “xalq kitabları”nı xatıradır.86 Söylәyicilәrin şifahi epik yara-
dıcılığında orta әsrlәr әdәbi romantikasının bu tәsiri xalq eposu-
nun qәdim qәhrәmanlıq pafosu vә nağıl folklorundan alınma
motivlәrlә mürәkkәb yaradıcı qarşılıqlı әlaqәyә girir. Bu, xüsusi-
lә qәhrәmanlıq vә romantik elementlәri üzvi şәkildә özündә bir-
lәşdirәn Qoroğlu silsilәsindәn olan özbәk dastanlarının nümunә-
sindә daha aydın görünür.

Xalq romanında yeni tipik fiqurlar әmәlә gәlir: qәhrәman qı-
zın atası zalım padşah, onun mәslәhәtçilәri – hiylәgәr kosa vә ya
mәkrli qoca cadugәr (mәstan); qәhrәman qızın özünün obrazı
dәyişir, onda romantik gözәllik vә şәrti zәriflik cizgilәri yaranır;
hadisәlәrin yeni şәraiti meydana çıxır – sәrin hovuzları olan
möhtәşәm saray bağları, istirahәt üçün rahat tәpәciklәr (supa) vә s.
Sosial tәzadlar daha aydın görünür – padşahın sarayı vә bazarla-
rı, ticarәt köşklәri vә sәnәtkarların dükanları ilә dolub-daşan feo-
dal şәhәri; feodal hökmdarlarının tәmtәraqlı, zәngin hәyatı vә
sosial pillәkәnin digәr ucunda çay sahilindә çır-çırpı yığan kasıb
qocanın real güzәranı.

Formal baxımdan xalq romanında nәsr aparıcı rol oynayır,
şeirlәr әsasәn beytlәrin üzvlәnmәsi vә nәqarәtlәrin geniş istifadә
olunması ilә lirik nәğmәlәr xarakterinә malikdir.

233
   228   229   230   231   232   233   234   235   236   237   238