Page 232 - jirmunski
P. 232
tor Jirmunski

Qәhrәmanın qәzәbi, sevinci-kәdәri vә s. bu kimi tәkrarlanan
üslubi formullar, elәcә dә xalq müdrikliyinin ifadәsi kimi, didak-
tik aforizmlәr vә atalar sözlәri dә tipik xarakter daşıyır. Xalq
eposunun qәhrәmanlıq ruhuna uyğun olaraq bunlar döyüş fәda-
karlığının, vәtәnә sevgi vә ya düşmәnә nifrәt anlamlarının ifadә-
sidir. Müq. et: özbәk eposunda: “İt şirin, pәlәngin izinә düşmәz”;
“Qoy igid başıaşağı olmasın”; “Düşmәnә aman verilmәz” vә s.
başlanğıc vә müәyyәn parçanın mәzmunu ilә bilavasitә әlaqәsi
olmadan tәkrarlanan nәzm formullarına da rast gәlinir. Müq. et:
özbәklәrin “Alpamış” dastanında: “Payız gәlәndә bağda çiçәklәr
solur, solmuş çiçәyә bülbül qonarmı?”. Vә ya: “Yenә yaz gәlә-
cәk, güllәr açacaq, bülbüllәr yenә ötәcәk”. Vә ya: “At çapır,
dağ-dәrә lәrzәyә gәlir. Bahadırların nizә yaraları sızıldayır” vә s.
Akademik A.S.Orlovun qeyd etdiyi analoji qazax formulları
özbәk formulları ilә üst-üstә düşmür. Müq. et: qazaxların “Alpa-
mıs”ında: “Qara dağın zirvәsindә ardıc bitir”; vә ya: “Havada
kәklik uçur”; vә ya: “Gül bitir, böyüyür, görәsәn, saralıb-solma-
yacaq ki?” vә s.84 Belәliklә, eposun әnәnәvi stilistikasında әlavә
olaraq öyrәnilmәsi labüd olan mühüm milli fәrqlәr müәyyәn edi-
lir.

Digәr tәrәfdәn, Orta Asiya türk xalqlarının epik әsәrlәrinin
bir-biriylә müqayisәsi, onlar üçün ümumi, yәqin ki, epik әnәnә-
yә aid daha qәdim geniş stilistik formullar ehtiyatının müәyyәn
edilmәsinә imkan yaradar. Belә formullar sırasına, mәsәlәn, qәh-
rәmanın şirlә, pәlәnglә, erkәk dәvә ilә müqayisәsi aiddir ki, on-
lardan bәzilәrinә artıq Mahmud Kaşğarlının “Lüğәt”indә (XI
әsr) vә oğuzların “Kitabi-Dәdә Qorqud” dastanında rast gәlinir.85
Nәhәng düşmәn bahadırların mübaliğәli, qrotesk-komik tәsviri
(özbәklәrin “Alpamış” dastanında, elәcә dә “Manas”da vә qazax
bahadırlıq nәğmәlәrindә olduğu kimi) dә buraya aiddir. Qәhrә-
manın sehrli mәğlubedilmәzliyi ilә bağlı oxşar deyimlәrlә “Al-
pamış”, “Manas” vә bir çox qazax bahadırlıq nağıllarında rastla-
nan qәdim formul da tәkrarlanır: “Oda atsan, odda yanmaz, qı-
lınc vursan, qılınc kәsmәz, ox atsan, ox batmaz, nizә ilә vursan,
nizә batmaz” vә s. Bahadırlıq at yarışının vә ya döyüşünün hә-

232
   227   228   229   230   231   232   233   234   235   236   237