Page 246 - jirmunski
P. 246
tor Jirmunski

Durda, Oraz Menqli, Mәğribi vә b. (yәqin ki, onun tәlәbәlәri
olublar) arasında dialoq formasında aparılmış deyişmәlәri göstәr-
mәk olar. Bütün bunlar әsasәn tapmacalarla (qıfılbәnd) deyişmә-
dir. Türkmәn xalq romanları “Şahsәnәm-Qәrib”dә28 vә “Nәcәp
oğlan”da da belә baxşı deyişmәlәri haqqında mәlumatlara rast gәl-
mәk mümkündür. Sonuncu әsәr türkmәn baxşısının bәdii bioqrafi-
yası kimi xüsusi maraq doğurur.29

İfaçıların deyişmәlәri orta әsr Qәrbindә dә mәlum idi vә bu,
yәqin ki, qәdim xalq mәrasimindәn qaynaqlanırdı (Qışın Yayla
bәhsi vә s.). Provansal trubadurlarının tensonu deyilәn deyişmә
poetik janr kimi formalaşmışdı: burada әsasәn cәngavәrin mә-
hәbbәti vә ya poeziya mәsәlәlәri ilә bağlı mücәrrәd didaktik
mövzularda deyişmәlәr aparılırdı.30 Poetik әfsanәyә görә, belә
deyişmәlәr kübar xanımların qarşısında keçirilirdi (mәhәbbәt
mәhkәmәlәri deyilәn toplantı). Mәnzum deyişmә janrı (münaza-
rә) orta әsr әrәb vә fars poeziyasında da tәmsil olunmuşdur (ә-
rәblәrdә artıq VIII әsrdәn etibarәn).31 Qırğız “alım sabakı”na tru-
badurların tәcrübәsindә “jok partid” (növbәli oyun) uyğun gәlir:
burada deyişәnlәrdәn biri o birinin başladığı beyti davam etdir-
mәlidir.

Almaniyada rәvayәt cәngavәrlik poeziyasının hamisi land-
qraf German Türinqenskinin (1190–1217) Vartburq qәsrindә
minnezingerlәrin deyişmәlәri haqqında mәlumat saxlamışdır. De-
yişmәlәrin mövzusu knyazların vәsfi vә orta әsr müdrik mәsәlә-
lәrini әhatә edirdi. Mәğlub olanın boynu vurulurdu. Bu, mәlu-
matın sonrakı әfsanәvi xarakterinә baxmayaraq, belә şifahi de-
yişmә әnәnәsinin olduğuna işarәdir.

Orta Asiya xalqlarının şifahi epik әnәnәsindә improvizәnin
rolu üzәrindә aparılmış müşahidәlәr Qәrbi Avropa eposunun ya-
ranması prosesi ilә bağlı bir sıra fikirlәrin yenidәn gözdәn keçi-
rilmәsinә imkan verir. Belә düşünmәk olar ki, özünün yazıya
alınması vә әdәbi variantlarda işlәndiyi dövrә qәdәr Qәrbi Avro-
pa nәğmәlәri vә poemaları da peşәkar vә yarımpeşәkar söylәyi-
cilәrin, ilk olaraq drujina ifaçılarının, sonralar isә jonqlyorların
vә şpilmanların ifasında şifahi ötürülmә, yaradıcı improvizasiya

246
   241   242   243   244   245   246   247   248   249   250   251