Page 248 - jirmunski
P. 248
tor Jirmunski

Avropa eposu ilә eyni sәviyyәdә dayanır. Burada böyük fәrdi
ustalıq uzun illәrin şifahi epik әnәnәsi ilә çulğaşır.

3
İmprovizә sәnәtiylә bağlı vәrdişlәr söylәyicilәrdә professio-
nal tәlimgörmә şәraitindә yaranırdı. Bu mәsәlәyә dair әn dәqiq
mәlumatlara özbәk söylәyicilәrinin әsәrlәrindә rast gәlmәk olar.
Qәdim dövrün bir çox mәşhur özbәk baxşısı tәkcә ifaçı de-
yildi, eyni zamanda ifaçıların müәllimlәri idilәr (ustoz). Qışlaq-
lara sәfәr edәndә onlar bacarıqlı gәnclәri, әsasәn dә kasıb tәbә-
qәdәn olanları seçib tәlәbә kimi öz evlәrinә aparırdılar. Әn mәş-
hur söylәyici müәllimlәrin eyni vaxtda bir neçә tәlәbәsi olardı.
Tәlim iki-üç il davam edirdi vә pulsuz idi; müәllim onları yedi-
rir, geydirirdi, onlar da öz növbәsindә müәllimә tәsәrrüfat işlә-
rindә kömәk edirdilәr.
Gәnc ifaçılar öz ustadlarının ifasını dinlәyir, onu qışlaqlara
sәfәr zamanı müşayiәt edәrәk öyrәnirdilәr. Ustadın rәhbәrliyi al-
tında onlar әvvәl dastanların tipik, әnәnәvi mәqamlarını, epik
klişelәri yadda saxlayırdılar, sonra müstәqil olaraq poemanın
yerdә qalan hissәsini söylәmәyi öyrәnirdilәr. Belә tәlim siste-
mindә lap әvvәldәn Orta Asiya söylәyicilәrinin ifa tәrzi üçün sә-
ciyyәvi olan tәqlidi yaddaşla yaradıcı improvizasiyanın birlәşdi-
rilmәsinә xüsusi yer ayrılırdı. Müşahidәçilәr epik ifaçının yadda-
şının genişliyinә heyran olurdular: mәşhur qırğız manasçısı Sa-
qımbay Orozbakov “Manası”ın 250 000 misrasını әzbәrdәn deyә
bilirmiş. Lakin söhbәt passiv yaddaşdan yox, xüsusi yaradıcı
yaddaşdan gedir ki, burada poemanın tanış mәzmunu (ssenarisi)
ifa prosesindә yenidәn canlandırılır vә yaradıcı dәyişikliklәrә
mәruz qalır. Eposun tәnәzzülü şәraitindә belә yaradıcı qabiliyyәt
zәiflәyәndә söylәyici dastanın mәzmununu nәsr kimi danışmağa
mәcbur idi; ayrı-ayrı mәnzum parçalar qalırdı ki, bunlar әzbәrlә-
nirdi (Orta Asiya söylәyicilәrinә dә mәlum olan rus bılina tipi).
Tәlәbәlәr bu tәrzdә hazırlanmış dastan parçalarını әvvәl öz
yoldaşlarının vә ya müvafiq göstәrişlәr verәn müәllimlәrinin ya-
nında ifa edirdilәr. Sonradan tәlәbә öz müәllimi ilә birgә audito-

248
   243   244   245   246   247   248   249   250   251   252   253