Page 253 - jirmunski
P. 253
Xalq qəhrəmanlıq eposu

rir. Belәliklә, o, Cambula tәkcә “xeyir-dua vermәklә” qalmır,
hәm dә onun ustadı vә müәllimi olur”.

Akın Yesdaulet Kandekov (1887-ci ildә Cambul vilayәtindә
anadan olmuşdur) yerlisi Cambuldan xeyir-dua almışdır. Bu haq-
da onun tәrcümeyi-halında mәlumat verilir: “Cambulu ilk dәfә
Beyserkeyin yas mәrasimindә gördüm, onda mәnim 21 yaşım
vardı vә mәn o saat onun nәğmәlәrinә vuruldum. Mәn öz nәğmә-
lәrimi ona oxudum vә ondan xeyir-dua vermәsini xahiş etdim.
Lakin baxmayaraq ki, mәnim nәğmәlәrim onun xoşuna gәldi
(hәr halda mәnә elә gәldi), o, bundan imtina etdi. Sonralar mәn
onunla sәfәrlәrә çıxdım, onun nәğmәlәrini dinlәdim, onun ifa-
sından öyrәndim, nәhayәt, mәnә gәrәk olan xeyir-duanı almağa
nail oldum”.

Müasir qazax akını İlyas Mankin (1880–1954) bu qәdim
adәti daha dürüst şәrh edir. “Düzdür, belә bir adәt var ki, yenicә
işә başlayan akınlar yaşlılardan xeyir-dua almalıdırlar. Ancaq
qoca akınlar yalnız o vaxt xeyir-dua verirlәr ki, gәnclәr müvafiq
sınaqlardan keçib özlәrini göstәrmiş olsunlar. Yalnız xeyir-dua
ilә akın ola bilmәzsәn. Mәn hesab edirәm ki, hәr şey başlayan
akının istedadına vә onun cәhdlәrinә bağlıdır”.38

Y.İsmayılov gәlәcәk akının tәlim prosesini üç mәrhәlәyә ayı-
rır. Әvvәlcә mәtnlәrin vә melodiyaların passiv öyrәnilmәsi (hәr-
dәn – әgәr müәllim vә tәlәbә savadlıdırsa – әlyazmalardan istifa-
dә etmәklә), sonra “әnәnәvi poetik nümunәlәr әsasında nәğmә
qoşmağın üsullarını mәnimsәmәk”, nәğmә qoşub onu ustad-
müәllimin mühakimәsinә vermәk vә böyüklәrin müşahidәsi al-
tında öz yaşıdları ilә asan deyişmәlәrә (aytıslar) girmәk; nәha-
yәt, sonuncu sınaq camaat arasında yarış, tanınmış akınla aytıs.
Hәmin aytısda qәlәbә qazanırsa, bu, artıq şәyirdin yaradıcı yet-
kinliyindәn xәbәr verir.39

Qırğızıstan vә Türkmәnistanda epik әnәnәnin ötürülmәsi vә
söylәyici mәktәbinin fәaliyyәti mәsәlәsi daha az öyrәnilmişdir.
Lakin burada da eposun variantları ifaçı mәktәblәri әtrafında
qruplaşdırılır. Belә hesab edirlәr ki, sovet dövrünün әn görkәmli
söylәyicilәri Saqımbay Orozbakov vә Sayakbay Qralayevin di-

253
   248   249   250   251   252   253   254   255   256   257   258