Page 252 - jirmunski
P. 252
tor Jirmunski
başqaları Murın-jiraunun öz sәnәtinin, әvvәl tarixi, sonra әfsanә
xarakterli mәnbәlәrә istinadәn, görücü-nәğmәkar, İdiqe haqqın-
da epik dastanda adı keçәn Sapra-jirauya – Toxtamış xanın ifaçı-
sına vә kahininә dayandığını iddia edirdi. Biz burada yunan epo-
sunun ifaçılarını, öz soylarını vә sәnәtini әfsanәvi ustad Homer-
lә bağlayan “homeridlәr”i xatırladan situasiyanın olduğunu
görürük.
Qazax bahadırlıq eposunun әsas yayılma mәnbәyi “Qazaxıs-
tanın Aral vә Xәzәr dәnizi ilә Aktübә çöllәri arasında yerlәşәn
cәnub-qәrb rayonları, hәmçinin Yaik (Ural) çayı sahillәri”,37 yәni
Kiçik Cuzun mәskunlaşdığı әrazilәr hesab olunur. Bahadırlıq
eposunun әn yaxşı söylәyicilәri (jirau) Nurpeys Bayqanin, Mu-
rın Senqirbayev, Aysa Baytıbanov (1875-ci ildә anadan olmuş-
dur) vә bir çox başqaları, hәmçinin onların müәllimlәri, XIX әs-
rin mәşhur akınları Kaşaqan, Nurım, Marabay (1841–1895) vә
buradan çıxmışlar. Bu mәqam bir tәrәfdәn epik repertuar mәsә-
lәsindә qonşu Qaraqalpak әrazisi ilә sıx qarşılıqlı әlaqәyә, digәr
tәrәfdәn, qazaxlarda “noqay bahadırları” haqqında dastanların
saxlanmasına vә sonrakı inkişafına aydınlıq gәtirir, çünki XVII
әsrdә Noqay ordasının süqutundan sonra onun şәrq (yaikәtrafı)
qrupları qazaxların Kiçik Cuzunun tәrkibinә daxil oldu.
Keçmişdә yaranmış әnәnә vә tәsәvvürlәrә görә, qazax akını
“xeyir-dua” kimi öz ustadından bir nәğmә әnamı almalı idi. Qә-
dim zamanların akınlarının әksәriyyәti bir növ şairliyә vәsiqә
verәn, faktiki olaraq şәyirdliyin bir pillәsi olan belә mәrasimi dә-
fәlәrlә xatırlayırlar.
Mәsәlәn, “Cambul on beş yaşında Suyumbayın yanına gәlir
vә onun qarşısında bir neçә nәğmә oxuyur. Suyumbay onu dinlә-
dikdәn sonra ona xeyir-dua verir vә gözәl gәlәcәyinin olduğunu
söylәyir. Bununla yanaşı, o, gәnc oğlana bir neçә mühüm göstә-
rişlәr vә praktiki mәslәhәtlәr verir. O, mәslәhәt bilir ki, gәnc şair
daim öz bәdii zövqünü tәkmillәşdirsin, heç bir halda digәr akın-
ların zәif nәğmәlәrini әzbәrlәmәsin, nәzmә “naxış vurmağın”
üzәrindә inadla çalışsın. Bundan başqa, Suyumbay Cambulu özü
ilә tәdbirlәrә aparır vә ifa zamanı ona öz ustalığını nümayiş etdi-
252