Page 250 - jirmunski
P. 250
tor Jirmunski
mәdә o, öz ifaçı әcdadlarını beşinci nәsildәn başlayaraq sadala-
yır: Yadigar, Molla Taş, Molla Xamurad vә Cuman. Erqaşın ulu
nәnәsi Tella-Kampir dә mәşhur söylәyici olmuşdur. Erqaşın ata-
sı Cuman (1820–1888) el şairi kimi tanınmış vә ona da el arasın-
da “bülbül” adı vermişdilәr. Cumanbülbülün iki böyük qardaşı –
Cassak vә Yarlakab da mәşhur söylәyici idilәr. Cassak ifaçıların
ustadı kimi dә ad çıxarmışdı. Cumanbülbül XVIII әsrin söylәyi-
cisi, el şairi Buranın (“Kiçik-Buran” lәqәbli) tәlәbәsi olmuşdur.
Cassakın çoxsaylı tәlәbәlәri arasında sonralar şair Pulkan xüsu-
silә böyük şöhrәt qazandı (1941-ci ildә vәfat etmişdir). O, yet-
mişdәn çox dastan bilirdi vә sovet dövründә inqilab mövzusuna
dair bir çox populyar әsәrin müәllifi kimi mәşhur el şairinә çev-
rilmişdi. Pulkan 1890-cı illәrin әvvәllәrindә şәyirdlik etmişdi vә
sayca Cassakın on ikinci şәyirdi idi. Erqaşın kiçik qardaşları Әb-
dülxәlil vә Әbdülcәlil dә bacarıqlı söylәyicilәrdәn idilәr.
Bulunqur vә Nurәddin mәktәblәri arasında hәm repertuar,
hәm dә bәdii üslub baxımından çox mühüm fәrqlәr vardı. Bulun-
qur mәktәbi bahadırlıq eposunun ifası ilә mәşhur idi; Fazil Yul-
daşevin tipoloji cәhәtdәn, şübhәsiz ki, daha arxaik “Alpamış”ı
bu mәktәbin sadә yüksәk qәhrәmanlıq üslubunun klassik nümu-
nәsidir. Nurәddin mәktәbi roman tipli eposa, yәni xalq romanına
üstünlük verirdi: Erqaşın “Rövşәn”i lirizm, zәngin obrazlılıq,
tәsvirin dolğunluğu, detalların işlәnmәsi vә poetik bәzәyin orna-
mentallığı ilә seçilәn Nurәddin söylәyicilәrinin ustalığının әn
yaxşı nümunәsidir. Nurәddin mәktәbinin bu bәdii “müasirliyi”
Bulunqur mәktәbi ilә müqayisәdә son nәticәdә fars roman tipli
eposa dayanan, adәtәn fars vә özbәk “xalq kitabı”nın populyar
olmasından keçәn yazılı әdәbiyyatın daha güclü tәsiri ilә bağlı-
dır. Tәsadüfi deyil ki, Erqaşın әcdadları vә daha uzaq ustadları
arasında savadlı insanlar (“molla” lәqәbi dә buna dәlalәt edir)
var idi, Erqaşın özü dә, Fazildәn vә bir çox özbәk söylәyicisin-
dәn fәrqli olaraq, oxumağı bacarırdı vә müsәlman tәhsilinin
әsaslarına yiyәlәnimşdi.
Sәmәrqәnd vilayәti, görünür, Özbәkistanda eposun әn geniş
yayılmış mәrkәzi idi. Lakin onu da qeyd edәk ki, bu vilayәt, di-
250