Page 299 - jirmunski
P. 299
Xalq qəhrəmanlıq eposu
3
Qırğız eposuna müxtәlif vaxtlarda daxil olmuş bir çox tarixi
adları çıxmaq şәrtilә yerdә qalan qәhrәmanların adları vә obraz-
ları qırğız epik әnәnәsinin әn qәdim tarixәqәdәrki elementlәrinә,
onun nağıl-әsatir qatına aiddir. Radlov Manasın özünü vә Colo-
yu bu qata aid edir vә onların “tarixi şәxsiyyәtlәr yox, mifik fi-
qurlar” olduğunu qeyd edir. Radlovun fikrincә, qırğız eposunda
“tarixi hadisәlәr qәdim rәvayәtlәrlә çulğaşıb yeni fantaziya mey-
dana gәtirmişdir”.62
Qırğız xalqının igid sәrkәrdәsi Manas obrazının özü, görünür,
onun bir çox qohumlarının vә silahdaşlarının adlarından, hәm dә
eposun tarixi süjetinin sonrakı inkişafı ilә sıx bağlı olan tarixi-
coğrafi fonundan daha qәdimdir (qırğızların kalmık vә çinlilәrlә
mübarizәsi). İndiyәdәk Manas adının (elәcә dә oğlu Semeteyin)
qәnaәtbәxş vә mübahisә doğurmayan şәrhi verilmәmişdir. Ma-
raqlıdır ki, bu ad türk eposunun әn qәdim qәhrәmanlarından
olan Alpamışın adı ilә sәslәşir. “Alpamış”ın taleyini bizә çatan
dastanların müxtәlif versiyalarında VI–VIII әsrә qәdәr dәqiq iz-
lәmәk mümkündür (oxşar süjet baxımından monqol dastanları
ilә sәslәşәn altay bahadırlıq nağılı “Alıp-Manaş”).63 Alpamış adı
alp (bahadır) + Mamış vә ya Manaş sözlәrinin dәyişilmiş forma-
sından ibarәtdir. Bunu bu adın variantları da tәsdiq edir: Mamış
bәy (Әbülqazi xanın “Türkmәnlәrin şәcәrәsi” әsәri, 1660-cı il),
Alıp-Manaş (altay versiyasında). Düzdür, Alıp-Manaşın süjeti
(qәhrәmanlıq elçiliyi vә әrin öz arvadının toyunda qayıtması)
qırğız eposu ilә heç bir oxşarlıq tәşkil etmir, lakin adların üst-
üstә düşmәsi (ola bilsin ki, bahadır lәqәbi kimi ümumi ad) özü
özlüyündә qırğız epik әnәnәsinin qәdimliyinә işarә edir: oğuzla-
rın VIII–X әsrlәrdә Orta Asiyaya gәtirdiyi altay Alıp-Manaşı hә-
min vaxtadәk Yeniseyin yuxarı axarında qırğız Manası ilә bila-
vasitә qonşu olmalıydı. Buna görә dә belә bir mülahizә istisna
edilmir: altay bahadırı Alıp-Manaşın (Alpamışın) adaxlısının ar-
xasınca gedәr-gәlmәz ölkәyә sәfәri haqqında hekayәtdә biz nә
vaxtsa Manasın adına bağlanmış vә sonradan ayrılaraq müstәqil
inkişaf etmiş qәdim nağıl süjetinin әks olunduğunu görürük.
299