Page 304 - jirmunski
P. 304
tor Jirmunski

lu göstәrilir. Qırğız bahadırları altı gün, altı gecә kor nәhәngi tә-
qib edib qaçırlar, nәhayәt, Sırqak onun başından canını qoruyan
sehrli dәbilqәni vurub salır (sehrli mәğlubedilmәzlik motivinin
ikinci variantı). Sonra Almambet nәhәngin başını kәsir.

Nәhәng tәpәgöz Madıxan-döö Beycinin divarları önündә
böyük Çin qoşununun başında qırğızlara qarşı döyüşә çıxır. O,
döyüşә tәkbuynuzlu buğanın üstündә gәlir. Madıxan da mәğlu-
bedilmәz kimi tәqdim olunur: onu nizә ilә vuranda bәdәni metal
kimi cingildәyir: “nizә ilә hәr yerindәn vurdular, Madı isә bu
zәrbәlәri heç hiss etmirdi”.77 Ümidini itirәn Manas Allaha dua
edir: ancaq bundan sonra Manasın nizәsi ona batır; digәr baha-
dırların nizәlәri dә onu yaralayır, Çubak isә qılıncla onun buğası-
nın başını kәsir. Burada mәğlubedilmәz nәhәng-bütpәrәst üzә-
rindә qәlәbә sonradan islamlaşdırılmış motivә mәruz qalır.

Sibirin türk xalqları eposunda qәhrәmanların düşmәnlәri –
yeraltı dünyanın bahadırları öküzlәrin belindә yürüşә çıxırlar:
nәhәng adamyeyәn, yeddibaşlı Delbegen vә yeraltı dünyanın
hökmdarı Erlik xanın özü dә onların arasındadır.78 Orta Asiya
eposunun inkişafının sonrakı mәrhәlәlәrindә bu arxaik obraz,
Şәrqdә feodal romantikasına uyğun olaraq, filin üstündә gәlәn
nәhәng bahadırla әvәz olunur. Duburo xanın 15 balbanı (dәlisi)
fillәrin belindә Manasla döyüşә çıxır (birinci “qazatda”)79, elәcә
dә Qoroğlu silsilәsindәn olan özbәk eposunda nәhәng Makatil
(“Mәlikә Әyar”) filin üstündә döyüşә çıxır.

Sehrli oxatan Kococaş “Manas” silsilәsinә kәnardan daxil
edilmişdir. Qırğız eposunda dağ keçilәrinin qәnimi Kococaş
müstәqil mәnzum mәişәt nağılının qәhrәmanı kimi tanınır.80 Boz
keçi (görünür, gövşәyәn dağ heyvanlarının mifoloji himayәdarı
Kaip-erenlә bağlıdır) onu keçilmәz dağlarda tәlәyә salır vә Ko-
cocaş burada ölümlә üz-üzә qalır. Karalayevdә Qaracayın oğlu
Kococaş Almambetlә birgә altmışbaşlı әjdahadan gizli müdriklik
dәrsi alıb. Ancaq Kococaş Almambetdәn üç ay çox dәrs almışdır
vә ona görә dә sehr elmindә ondan üstündür. Kococaş “әn sürәt-
li, әn mahir atlı vә әn sәrrast atıcıdır”. Almambet ölüm mәlәyi
Әzrayıldan çox ondan qorxur.81 Qırğızlar Beycindәn geri çәki-

304
   299   300   301   302   303   304   305   306   307   308   309