Page 306 - jirmunski
P. 306
tor Jirmunski

manlıq eposunda nağıl motivlәrinә bir tәrәfdәn qalıqlar, digәr tә-
rәfdәn isә sonrakı tәsadüfi mәdәni qatlar kimi rast gәlinir. Düzdür,
belә qalıqlar Orta Asiyanın digәr xalqlarının qәhrәmanlıq epo-
sundan fәrqli olaraq, “Manas”da qırğız eposunun qәdimliyinә vә
arxaik xarakterinә uyğun olaraq daha çoxdur.

4
“Manas”da islami qatlar daha sonrakı dövrә aiddir vә sәthi
xarakter daşıyır. Yuxarıda qeyd etdiyimiz kimi, XVI vә hәtta
XVII әsrin müsәlman yazıçıları qırğızları bütpәrәst (“kafir”) vә
ya yarıbütpәrәst hesab edirdilәr. Lakin onların başçısı Mәhәm-
mәdin (1533-cü ildә vәfat etmişdir)83 adından da göründüyü ki-
mi, qırğızlar arasında İslamın yayılması kifayәt qәdәr erkәn vaxt-
lara tәsadüf edir. Ancaq, hәtta XIX әsrdә, avropalı etnoqraf vә
sәyyahların qeydlәrinә görә, qırğızlarda müsәlmanlıq rәsmi şә-
kildә sәthi xarakter daşıyırdı vә geniş xalq kütlәlәri faktiki ola-
raq iki dinә sitayiş edirdilәr ki, burada da qәdim bütpәrәst adәt
vә inancları az әhәmiyyәt daşımırdı.
İslamdanәvvәlki tәsәvvürlәr eposun hәr yerindә yeni müsәl-
man ideologiyası ilә örtülüdür, lakin bu tәsәvvürlәr hәmişә özünü
büruzә verir. Manas vә onun silahdaşları (xüsusilә Orozbakov-
da) mömin müsәlmanlardır, qırğızların kalmık vә çinlilәrә qarşı
milli mübarizәsi, artıq dediyimiz kimi, müsәlmanların kafirlәrә
qarşı müqәddәs müharibәsi (qazavat) kimi göstәrilir.
Mәhәmmәd peyğәmbәrin müasiri vә elçisi beş yüz әlli yaşlı
qoca Ay Koconun xeyir-duası ilә Manasın İslamı qәbul etmәsi,
öz bahadırları ilә Mәkkәni ziyarәt etmәsi, Xızır peyğәmbәrin vә
40 çiltanın Manası himayә etmәsi haqqında hekayәtlәr – Orta
Asiya eposunda İslam dini folklorunun geniş populyarlıq qazan-
mış obrazları da eposun sonrakı müsәlman elementlәrinә aiddir.
Eposun әsas qәhrәmanlarından yalnız ikisi müsәlman adı da-
şıyır: Manasın xarakteristikasında qәhrәmanlıq yox, görünür, da-
ha sonrakı mәişәt cizgilәri olan atası Cakıp (Yakov) vә onun әn
yaxşı silahdaşı, qardaşlığı – Çin şahzadәsi Almambet.
Qәdim köklәrә malik Almambet obrazında müsәlman cizgi-
lәri şәksiz әhәmiyyәt daşımağa başlamışdır: O, әlindә qılınc öz

306
   301   302   303   304   305   306   307   308   309   310   311