Page 309 - jirmunski
P. 309
Xalq qəhrəmanlıq eposu

Bu oxşarlıq daha çox “Manas”ın yeni yazıya alınmış variantla-
rında gözә çarpır. Hәqiqәtәn, artıq yuxarıda qeyd etdiyimiz Oğuz
xan haqqında dastanın Rәşidәddinin “Cami әt-tavarix” vә Әb-
ülqazi xanın әsәrlәrindә saxlanmış sonrakı müsәlman versiyasın-
da bütpәrәst Qara xanın oğlu, oğuzların hakimi vә gәlәcәk din
qәhrәmanı Oğuz da sehrli surәtdә artıq müsәlman kimi doğul-
muşdur. O, üç gün-üç gecә – ana әrindәn gizli müsәlmanlığı qә-
bul edәnәdәk bütpәrәst ananın döşünü ağzına almır. Qara xan öz
qardaşı qızlarını gәnc şahzadәyә nişanlayanda şahzadә gәlәcәk
arvadlarının әsl dinә xidmәt etmәsini tәlәb edir. İki böyük bacı
onunla razılaşmır vә Oğuz xan onlarla ünsiyyәtdәn belә imtina
edir; kiçik bacı onun sözü ilә dini qәbul edib ona әrә gedir. Qara
xan bilәndә ki, oğlu onların atalarının inancına qarşı çıxıb, onun
üstünә ordu yollayır.86 Bu döyüşdә ata mәğlubiyyәtә uğrayıb hә-
lak olur. Oğuz xan haqqında dastan vә nәğmәlәr, artıq dediyimiz
kimi (bax: 6s.296), hәlә XVII әsrin ikinci yarısında Orta Asiyada
geniş yayılmış vә Manasın dünya fatehi olması haqqında sonrakı
tәsәvvürlәrdә qismәn әks olunmuşdur. Ona görә dә, çox güman
ki, onlar Almambet obrazının din qәhrәmanı kimi formalaşması-
na da müәyyәn tәsir etmişdir.

Orta Asiyada geniş yayılmış digәr müsәlman әfsanәsi Al-
mambetin tәrcümeyi-halı ilә daha çox oxşarlıq tәşkil edir. Onun
qәhrәmanı, İslamı qәbul etmiş ilk türk sülalәsi Qaraxanlıların
әsasını qoyanlardan biri, Qaşqarın vә Balasaqunun hakimi (X әsr)
Satuk Buğra xandır. Uyğurların ilk müsәlman hökmdarı kimi
Orta Asiya türk xalqlarının bu әfsanәvi “maarifçi”si ölümündәn
sonra dini kult vә poetik әfsanә qәhrәmanına çevrilmişdir.

Bu әfsanәyә görә, şahzadә Buğra xan da Almambet kimi,
uşaqlıqdan dinin qәhrәmanı olmaq üçün doğulmuşdur. Onun da
dünyaya göz açması sehrli әlamәtlәrlә müşayiәt olunur: qorxulu
zәlzәlә, yerin altından çıxan sel, qışın soyuğunda açan güllәr.
Bütpәrәst müdriklәri öncәdәn bildirirlәr ki, şahzadә İslamı qәbul
edәcәk; körpәni öldürmәk qәrarına gәlirlәr, lakin ana öz balasını
xilas etmәyә nail olur. On iki yaşında Xızır peyğәmbәrin zühuru
(vә ya sehrli yuxunun kömәyilә) vә müsәlman ağsaqqalı xoca

309
   304   305   306   307   308   309   310   311   312   313   314