Page 310 - jirmunski
P. 310
tor Jirmunski

Әbu-Nәsr Samaninin nәsihәti ilә Buğra xan İslamı gizli şәkildә
qәbul edir. Özünün gizli din qardaşları ilә qırx silahdaşının ba-
şında o, anası ilә evlәnmiş vә doğma atasını әvәz edәn әmisi Ha-
run Buğra xanın hakim olduğu Qaşqarda üsyan qaldırır. Müsәl-
manlarla bütpәrәstlәr arasında gecә döyüşündә gәnc Buğra xan,
elә Almambet kimi, silahla hakim әmisinin düşәrgәsinә hücum
edir. O, İslamı qәbul etmәkdәn boyun qaçıranda şahzadә özü onu
qәtlә yetirir (vә ya onun sözlәri ilә desәk, günahkarı torpaq
udur).

Hәmin әfsanәdә Buğra xanın tәmiz vә müdrik qızı Alanur-
dan da söhbәt açılır. Gecә namazında (“Mәryәm kimi”) Cәbrayıl
(Qavriil) qızın yanına gәlir vә onun dodaqlarına nur çilәyir, bun-
dan sonra o, müәyyәn olunmuş tarixdә sonralar “kafirlәrә” qarşı
müharibәdә mәşhurlaşmış Seyid Әli Arslanı dünyaya gәtirir.

Buğra xan haqqında әfsanә Almambetin rәvayәti ilә tәkcә
özünün әsas mövzusu ilә yox, hәm dә bir sıra tәfәrrüatlarla (din
qәhrәmanının doğuluşu zamanı әlamәtlәrin olması, bütpәrәst ata-
nın, yaxud qәhrәmanın tәrbiyәçisinin öldürülmәsi, “blaqoveşe-
niye” motivi) da sәslәşir. Almambet obrazının müsәlmanlaşdırıl-
ması Oğuz xan vә Buğra xan haqqında әfsanәlәrin әsasında du-
ran hәmin dini vә poetik tәsәvvürlәri әks etdirir.

Manasın pәhlәvanları sırasında gücünә vә şücaәtinә görә bi-
rinci olan çinli Almambet eposda eyni zamanda uşaqlıqdan bütpә-
rәst atasının istәyi ilә Avergen gölündә yaşayan altmışbaşlı әjda-
hadan dәrs alıb sehrli elmlәrә yiyәlәnmiş sehrbaz kimi tәsvir
olunur. Almambet öz istәyi ilә cildini dәyişә bilir, düşmәnlәrlә
döyüşdә sehrli “zәhәr” daşının (qırğızca “jay taş”) kömәyilә ha-
vanı ovsunlayır, “duman, soyuq, bәla gәtirir”, “qar yağdırır, bo-
ran göndәrir”. Müsәlmanlaşdırılmış müasir formasında qırğız
eposu havanı dәyişmәk mәharәtini tamamilә bütpәrәst düşmәn-
lәrә – çinlilәrә, kalmıklara vә adәtәn onların ayarlarına (cadugәr-
lәrinә) aid edir. Lakin şamanların havanı dәyişdirmәsi motivi vә
sehirli “zәhәr” daşına inam yaxın zamanlaradәk bütün türk xalq-
larında, xüsusilә Orta Asiya xalqlarında – qazax vә qırğızlar ara-
sında geniş yayılmışdı.89 Belәliklә, Almambetin sәnәti qәdim

310
   305   306   307   308   309   310   311   312   313   314   315