Page 312 - jirmunski
P. 312
tor Jirmunski

Sibirin türk xalqlarının bahadırlıq nağıllarında öz analogiyası var-
dır vә bizi qırğızların qәdim vәtәni olan Yeniseyin yuxarı axarla-
rına aparır. Әksәrәn tarixi sәciyyә daşıyan ikinci qat kalmık müha-
ribәlәrinin real tarixi fonu ilә bağlıdır vә XV–XVII әsrlәrә aid
edilir. Eposun әsas tarixi-siyasi mövzusu qırğızların çinlilәr vә
kalmıklarla mübarizәsi, Manasın bu müharibәdә qırğızların baş-
çısı rolunda çıxış etmәsi ilә müәyyәnlәşir. Bu qat hәm dә eposun
tәrkibinә digәr Orta Asiya xalqlarının, xüsusilә noqay-qazax epik
dastan silsilәsinә mәlum olan qәhrәmanlar qalereyasının keçmә-
sindәn qaynaqlanan geniş әlaqәlәri ilә dә xarakterizә olunur

Mәnşәcә tarixi olan bu qәhrәmanların sırasına Kökçö, Cam-
qırçı, ola bilsin ki, Koşoy, Şa-Temir, elәcә dә qırğızların düşmәn-
lәri – Esen xan, Konurbay vә Alooke obrazları aiddir. Axırıncı – daha
sonrakı qat XVII–XIX әsrlәri әhatә edir. Bu qat eposun müsәl-
manlaşdırılmasını müәyyәn edir: “qazatlar” mövzusu, “kafirlәr-
”ә qarşı müqәddәs müharibә, Manasın bu müharibәdә Orta Asi-
ya müsәlman xalqlarının rәhbәrinә, böyük fatehә çevrilmәsi, din
qәhrәmanı kimi Almambet obrazı (әn az onun müasir tәqdima-
tında), Manasın İslamı qәbul etmәsi, mәnәvi müәllimi Ay Xoca
obrazı, İslam әsatiri vә әfsanәsi elementlәri (Xızır, çiltanlar vә
b.), qәhrәmanların Mәkkә ziyarәti, Cahangir xocanın epizodik
fiquru vә s.

“Manas” silsilәsinin müxtәlif inkişaf mәrhәlәlәrindә dastana
әvvәllәr müstәqil tarixi vә ya nağıl süjetlәrinin qәhrәmanları
olan (Coloy, Saykal, Töştük, Koşoy, Kökçö, Camqırçı vә b.) bir
çox obrazlar daxil edilmişdir vә yeni qatlar da dastanın bu yolla
öz ilkin çәrçivәsini genişlәndirmәsi ilә bağlıdır. Bu süjetlәrin bә-
zisi (“Әr-Töştük”, “Xan Coloy”) indiyәdәk müstәqil dastan kimi
saxlanmış, digәrlәri isә “Manas”da bu qәhrәmanların (xüsusilә
Koşoyun) eposun tәrkibinә daxil olmayan bioqrafiyasına işarә
edәn söylәyicilәrin özlәrinә dә tam aydın olmayan şәkildә varlı-
ğını davam etdirir.

Eyni zamanda epik süjetin daxili genişlәnmәsi dә baş verir.
Manasın düzgün epik bioqrafiyası yaranır: onun doğuluşu, uşaq-
lığı, qәhrәmanın elçiliyi vә s. Manasın әsas silahdaşlarının – Al-

312
   307   308   309   310   311   312   313   314   315   316   317