Page 301 - jirmunski
P. 301
Xalq qəhrəmanlıq eposu

öz xalqının müdafiәçisi, yenilmәz sәrkәrdә, hökmdar olur vә ta-
rixi inkişafın әn son mәrhәlәsindә Orta Asiya müsәlman xalqla-
rının “kafirlәr”ә qarşı “müqәddәs müharibәsi”nә (qazat) başçılıq
edir.

Manasın silahdaşlarından vә vassal xanlarından biri eposa
kәnardan, öz müstәqil dastanından gәlmiş Yer-Töştük qәdim na-
ğıl qatına aiddir. Әr-Töştük obrazına qazax xalq rәvayәtindә,
elәcә dә Sibirin türk xalqlarının şifahi yaradıcılığında rast gәli-
nir.65 Qırğız eposu onunla bağlı Radlovun qeydә aldığı vә ma-
nasçı Qaralayevin versiyasında yenidәn nәşr edilmiş qırx doqquz
fәsil, 16 000 misradan ibarәt geniş mәnzum nağılı saxlamışdır.66
Yer-Töştük adını Radlov hәmin adın Sibir nağılındakı formasına
uyğun olaraq “yer-tüşlük” – “yeraltı qәhrәman” (yerin altına
enәn) kimi şәrh edir.67 Töştük haqqında danışılır ki, o, yeddi il
yeraltı dünyada qalmışdır. Töştükün macәraları haqqında heka-
yәt üç sәltәnәtdәn bәhs edәn geniş yayılmış süjetin çox orijinal
bir variantıdır (Aarne kataloqu, № 301). Bu nağılın qәhrәmanı
yerin altına enir, üç şahzadә qızı (vә ya bir şahzadә qızı) әfsanә-
vi divdәn azad edir vә bir çox macәralardan sonra yerin altından
sehrli kömәkçisi nәhәng quşun (Simurq, qırğız variantında Alp
Qaraquş) qanadlarında Yer üzünә qalxır. Bu nağıl süjetinin әsası-
nı, yәqin ki, qәhrәmanın yeraltı dünyaya, ölülәr sәltәnәtinә gәl-
mәsi haqqında çox qәdim mifoloji tәsәvvürlәr tәşkil edir. Belә
süjetlәr altay bahadırlıq nağılı68 üçün dә xarakterikdir vә türk
xalqlarının qәdim şaman inancları ilә bağlıdır. “Manas”da Töştükün
yerin altındakı macәraları haqqında hekayәtә dәfәlәrlә rast gәli-
nir.69 O, Elemen bәyin doqquz oğlundan әn kiçiyi vә sevimlisi-
dir. Orozbakovun variantında Töştük özü haqqında belә deyir:
“Mәnim yerin altına enmәyimin üstündәn artıq yeddi il keçir,
amma yeddi gündür ki, yer üzünә qalxmışam”. “Bircә qaşıq qa-
nım qalıb, bәdәnim gömgöydür” (qәhrәmanın ölülәr sәltәnәtindә
olmasına işarәdir).

Görünür, Manas silsilәsindәn digәr bahadırlar haqqında da
oxşar mifoloji – nağıl tipli әfsanәlәr mövcud olmuşdur. “Manas”ın
bütün variantlarında (Vәlixanovdan başlayaraq) Qoca Koşoy

301
   296   297   298   299   300   301   302   303   304   305   306