Page 98 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 98

Görcö nÿsri antologiyası

               mayor üçün sirrә çevrilirdi: bu sirr o qәdәr dә dәrin, böyük
               deyildi, buna baxmayaraq, bütün sirlәr kimi cәlbediciydi vә
               mayor artıq onun haqqında fikirlәşmәyә bilmirdi. Ondan çox
               şey istәmirdi nә әri, nә dә daimi mәşuqu olmağa hazırlaşırdı,
               mayora öz işini yaxşı bilәn adi qadın lazım idi, vәssalam.
               Bununla belә, öz fikirlәrinә elә uymuşdu ki, artıq bir tikә
               donuz piyindәn ötrü tәlәyә soxulan ac siçan kimi bu sirri
               açmadan, onu әlә keçirmәdәn rahatlıq tapa bilmәzdi. Hiss
               edirdi ki, riskli işә qarışır, amma artıq bu istәk onun bütün
               varlığına hakim kәsilmişdi, başqa çıxış yolu yox idi. Buna
               baxmayaraq, ruhdan düşmürdü, hәtta düşünürdü ki, işlәr yaxşı
               gedir, bu minvalla öz planını gerçәklәşdirmәyә nail olacaq.
               Әslindә isә, boğulan adam saman çöpündәn yapışan kimi,
               sadәcә dul qadının oğlundan yapışmışdı! O, Georqanı özüyçün
               kәşf edәndәn sonra daha da canlanmış, hәvәsә gәlmişdi: köhnә
               әsgәr kimi, lap cüzi olsa da, döyüş zamanı gözlәnilmәz
               yardımın nә demәk olduğunu yaxşı bilirdi. Özünә güvәnәn,
               ömrü boyu ölümlә gizlәnpaç oynayan, taleyin bütün
               dolanbaclarından keçmiş adamlar sayaq әllәrini bir-birinә
               sürtә-sürtә Georqaya: “Onun da dәrsini verәrik”, –  deyirdi.
               Uzunbığlı yefreytorların belә bir adәti vardı, dünyada hәr şey,
               hәr kәs haqqında eyni sözlәri deyirdilәr: “Onların da dәrsini
               verәrik”, –  Georqayla tәk qalanda qeyri-iradi o uzunbığlı
               yefreytoru yamsılayır, oğlana tüfәng tutmaq, çaxmağı çәkmәk,
               at sürmәk öyrәdirdi… Burada mayorun cәmi bir әsgәri vardı,
               üstәlik, hәmin әsgәr azyaşlıydı, amma eybi yoxdur – heç
               olmamasındansa, bu yaxşıdır. Hәr halda, heç kәs düşmәn
               düşәrgәsinә (yәni öz evinә) ondan yaxşı yol tapa bilmәzdi,
        98     düşmәnin sıralarına (yәni anasıyla Borçalının arasına) onun
               kimi nifaq sala bilmәzdi… Sonda hәr şey belә dә oldu, Georqa
               mayorun ümidlәrini tamamilә doğrultdu. Amma Borçalının
               dul qadının evindә qaldırdığı sәs-küy mayoru, yumşaq dillә
               desәk, bir azca qorxutmuşdu –ağlına da gәtirmirdi ki, o, belә
               şeylәrә cәsarәt elәyә bilәr. Zәrәrdidәlәrә qahmar çıxmaq,
               әlbәttә, heç yadına da düşmürdü –  birincisi, sadәcә qorxurdu,
               ikincisi, indi ana-oğul nә qәdәr çox döyülsәydilәr, sonra
   93   94   95   96   97   98   99   100   101   102   103